İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənət listəsi: Andranikin ölüm, Köçaryanın doğum günü

Bu gün ermənilərin tayqulaq milli qəhrəmanı, general Andranikin cəhənnəmə vasil olduğu gündür (Andranik Ozanyan; Անդրանիկ Թորոսի Օզանյան; 25.02.1865, Şebinkarahisar, Osmanlı – 31.08.1927, Fresno, Kaliforniya, ABŞ). 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadığı kəndlərin dağıdılmasında, əhalinin qırğınında onun başçılıq etdiyi silahlı dəstə özəl qəddarlığı, adıyaman rolu ilə seçilib.

Andranik cəhənnəmlik olandan düz 27 il sonra, gələcəyin başqa bir cəhənnəmliyi - Robert Köçəryan doğulub (Ռոբերտ Սեդրակի Քոչարյան; 31.08.1954, Xankəndi). Xocalı Soyqırımının suçlusu, əli günahsız insanların qanına batmış, özü Ermənistan Respublikasının 2-ci Prezidenti (09.04.1998–09.04.2008) olmuş Köçəryan Andranikin tam mənəvi varisi sayıla bilər.

andranik.jpg (82 KB)
Andranik Ozanyan

Nə qəribədir, tam qondarma və artıq tam gorbagor “Artsax Respublikası”nın “ilk prezidenti” Köçəryan bu gün doğulubsa, qondarma və gorbagor “DQR”in “üçüncü prezidenti”, Xocalı Soyqırımının suçlusu Bako Saakyanın adgünü dünəniydi (Բակո Սահակյան, 30.08.1960, Xankəndi). Bako doğum gününü Bakıda, layiq olduğu statusda və yerdə qarşıladı, Köçəryan 70 yaşını harda keçirir, bilmirəm, amma növbəti doğum günlərindən hansınısa Bakonun yanıbaşında keçirər (ƏvəlAllah). Dünən daha iki gorbagorun da ölüm günüydü. 

f5ec67f73297bf_5ec67f7329802.thu.jpg (39 KB)
Bako Saakyan

Həm ll Dünya müharibəsində, həm l Qarabağ müharibəsində iştirak etmiş, qondarma və gorbagor “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun yaradıcılarından olan general Kristapor İvanyan (Քրիստափոր Իվանյանի, 20.12.1920, Tiflis – 30.08.1999, Sankt-Peterburq) da, Sov.İKP MK-nın sonuncu Baş katibi (1985–1991), keçmiş SSRİ-nin ilk və son Prezidenti (1991), Nobel sülh mükafatlı (1990) sülh düşməni, erməni dostu Mixail Qorbaçov (Михаил Сергеевич Горбачёв, 02.03.1931, Privolnoye, Quzey Qafqaz – 30.08.2022) da 23 illik aralıqla 30 avqustda cəhənnəmlik olublar.

251808691_273953314740990_500899.jpg (94 KB)
Kristapor İvanyan

Azərbaycanda 1990-cı il 20 Yanvar qırğınının əsas təşkilatçısı, Qarabağda yaşanan uzunmüddətli faciələrin suçlulularından biridir Qorbaçov. Deyirlər, onun adı “tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı”na 89-cu şəxs olaraq düşüb - əslində, onun adı “tarixdə ən çox lənətlənmiş şəxslərin siyahısı”nda, ən azı 8-9-cu yerdə olmalıdır.

Bu yaramazları - gorbagorları və gorbagor olacaqları nə üçün xatırladım? - Dünən həm də Beynəlxalq İtkinlər Günüydü. Bizim 4 minə yaxın itkinimiz var və onların haqqında bizə hələ də sağ-əməlli bilgi verməyən Ermənistanın keçmişi, bu günü və (bilgi verməsələr) gələcəyi (əgər o gələcək olacaqsa, təbii) suçludur. Bütün erməni havadarları suçludur. Və mən yalnız dünəni yazmıram - bu gün təqvimin 8-ci ayının son günüdür; 4 il öncəyədək bu günü Qubadlının işğal günü olaraq hüznlə qeyd edirdik. - Düz 27 il 31 avqust hüznlü gün oldu bizimçün - getdi o qaramat gün və bir daha heç vaxt gəlməyəcək! Necəki Qubadlıdan 2 gün öncə işğal görmüş Zəngilanın qaramat günləri bir daha gəlməyəcəkdir!
Zəngilan işğal olunan gün Bakoya, Qubadlı işğal olunan gün Köçəryana özəl “adgünü hədiyyəsi” deyə qəhqəh çəkənlər artıq əbədi kədər içindədirlər! Haqq incələr ancaq üzülməz!

Qarşıdakı ayın 2-sində isə qondarma və gorbagor “DQR”in sözdə elanının olmayan “ildönümü” olacaq - yəni OLMAYACAQ! Doğum və ölüm günü “parad”ı avqustun sonlarına düşən gorbagor və perspektiv gorbagorların bütün cinayətləri, çalışmaları, “dövlət” elanları nə nəticə verdi? Erməni xalqı nə qazandı? Sual budur.

Bəli, bizə çox ağır zərbələr vurdular, ən azı 9 şəhər, 300 kəndimiz viran qaldı, Vətənimiz minlərlə oğul-qızını itirdi; lakin biz sınmadıq, əyilmədik və toparlanıb öz sözümüzü dedik! Dəmir Yumruq əfsanəsi yaşandı, keçilməz deyə tərif edilən “Ohonyan xətti” keçildi, alınmaz deyilən mövqelər alındı; girilməz sanılan bunkerlərə, qalalara girdik, yarılmaz deyilən cəbhələri yardıq və işğalçıların neçə hərbi hissəsinin döyüş bayraqları bizə təslim edildi!

zafar-1.jpg (113 KB)

Biz isə bütün zorluqlara, işğallara baxmayaraq, heç vaxt heç bir hərbi hissəmizin döyüş bayrağını təslim etmədik!

Çün burada bir xarakterli Dövlət var!
Çün burada haqqa tapınan Xalq var!
Çün burada Dövlət-Xalq birliyi və o birliyin memarı var!

Tam da bu günlərdə anti-Azərbaycan qüvvələri (qüvvəsizləri) yenidən fəallaşıb; ölkəmizə qarşı olar-olmaz “ittiham”, iddialar yağdırırlar. Sözüm ona ki, doğum və ölüm günlərinin “parad”ı avqustun sonuna düşənlərin həyat və mübarizələrinin nə qədər məzmunsuz, necə də mənfur olduğunu görən, oxuyan, bilən dairələr nə üçün eyni məzmunsuzluqda, mənasızlıqda israr edirlər?!.

Örnəyi, Zəngəzur açılmalıdımı? - Açılmalıdır! Əgər hazırda ora hakimlik edən rəsmi İrəvan dəhlizi açmırsa, aça bilmirsə, bax, bu, o torpaqların əsl yiyələrini görəvə çağırış deyilmi? Sanki, Yolaçan olduğunuzu, körpütikənliyinizi gəlin bir daha, bir daha nümayiş etdirin deyirlər…

Qarabağdan, Gündoğar Zəngəzurdan çəkib gedən işğalçıların Günbatar Zəngəzurdakı statusları nədir ki guya? Elə oralar da, bütün Batı Azərbaycan da işğal altında deyilmi? Hansı tarixçi bizim xalqın səsverməsinin, referendiumunun nəticələrini göstərə bilər ki, bəs, biz səs verib, o torpaqları ədili-düdülü şəkildə başqasına peşkəş etmişik? Varmı belə sənəd? Otlaq, yaylaq, qışlaq icarəsi-filan, partiya qərarı-zad referendum demək deyil. Elə deyilmi?

da6823112922f291f1588e1e7e6a7262.jpg (138 KB)

Bunu bilə-bilə bizə qarşı nə diplomatik dirəniş, nə hərbi sərsəniş?..

Biz müharibə istəmirik, Ermənistansa dəhlizi açmır;
biz müharibə istəmirik, Ermənistansa silahlanır;
biz müharibə istəmirik, Ermənistansa, qucaq dəyişdirərək, bizə qarşı planlar qurur…
Düz üç dəfədir, “biz müharibə istəmirik” yazıram - biz düz üçonillik boyu da müharibə istəmədik, sonunda 27 sentyabra vadar olduq!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024