İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçına və ölkəyə xəyanət edənlər - içimizdəki gizli erməniləri nə edək?

Laçının Azərbaycana təslim edilməsinə 2 dəqiqə qalmış sosial mediada bunları yazdım:

"Bəzi "dostlar", bir sıra tanınmış adamlar, siyasiləşmiş zombilər, xaricdəki soysuzlar günlərdir, xalqa təlqin etməyə çalışırdılar ki, Laçın şəhəri ermənilərə satılıb, hökumət xəyanət edib...

Eyni şeyi Kəlbəcərdə də etdilər. "Kəlbəcər satılıb" yazırdılar, deyirdilər...

15 noyabrdan 25 noyabra qədər necə... şivənlik saldılar, İlahi!

Şuşa qələbəsini, onun bayram edilməsini kölgələməyə çalışdılar.

Azərbaycanın, Ali Baş Komandanın qələbəsini hədəfə aldılar.

Milli birliyə ard -arda zərbələr endirməyə çalışdılar.

Bütün istinadları erməni qaynaqları idi.

Eyni tezisləri erməni lobbisinə bağlı informasiya resursları da fırladırdı...

Bundan əvvəl 1-ci və 2-ci atəşkəsdə də, Cenevrədə etdiyimiz diplomatik manevrlərdə də eyni cür davrandılar.

Hər dəfə də ən radikal ifadələrdən istifadə edirdilər!

Hədəf Ali Baş Komandan idi!

Şuşa və Qarabağ fatehi!

İlham Əliyev demək Azərbaycan deməkdir!

Hədəf Azərbaycan idi!



Eynilə ermənilər kimi!

Azərbaycana 200 ildə rastlanmayan bir zəfəri yaşadan Lideri xəyanətdə suçladılar.

Bütün təfriqə metodlarından istifadə etdilər.

Türkiyə, Rusiya və İranla aramıza girməyə çalışdılar!

Ermənistanın başı özünə qarışmışdı, amma erməni lobbisi işləyirdi.

Maşa olaraq da adları, soyadları bizdən olan şərəfsizlərdən istifadə edirdi.

Xalq öz dövlətinə, liderinə və Ordusuna inanır!

Böyük mənada bir "bok" yeyə bilmədilər.

Amma əllərindən, dillərindən gəldiyincə düşmənlik etdilər.

Edirlər! Edəcəklər!

Bakıdakılar da, xaricdəkilər də.

Bəziləri bu xəyanətə ad da biçdi: "Səmimi narahatlıq".

Səmimi sevinc, səmimi bayram olmalı bir məqamda, erməniləri və Ermənistanı çökdürdüyümüz bir tarixi dönəmdə bunca “səmimi narahatlıq” birdən-birə bir dəstə avantüristin gərəyi olmuşdu.

Məncə, çoxu bunu qəsdən, xəbisliklə edirdi və edir!

Sabahdan da başlayacaqlar, Xocalı, Xocavənd, Ağdərə, Xankəndi...

Öncədən deyim, 1 dekabrdan etibarən milli hədəf Xankəndidir və əminliklə söyləyirəm, həm də məlumat olaraq açıqlayıram, orada bayrağımız dalğalanacağı günə az qalıb!



Xocalıda, Xocavənddə, Ağdərədə də həmçinin!

Hər yerdə Azərbaycanın suveren hüquqları bərpa olunacaq!

Amma içimizdəki bu cür adamlara, gizli ermənilərə güzəşt etməyək.

Onlar potensial xainlərdir!

Hamısının postları, reaksiya, iftira və hədyanları screen edilib, yığılıb.

Onlar Şuşa qələbəsini millətin gözündən düşürməyə can atan naqislərdir!

Onlar erməni lobbisinin informasiya müharibəsinə dəstək verib, içimizə təfriqə salanlardır.

İçlərində mənimlə virtual dost olanlar da var.

Hamısını qınayır və məhkum edirəm!

Onların əməlləri milli səviyyədə qınaqsız və dövlət səviyyəsində cəzasız qalmamalıdır!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022