Onlayn ictimai-siyasi qəzet
Kim nə deyir, desin, maraqlı ölkəmiz var. Burada adamı darıxmağa qoymurlar. Hər kim ki, tənhalıqdan gileylənir, depressiyaya düşür, günah onun özündədir.
İstənilən gün bu ölkədə xeyli ürəkaçan, zarafata, müzakirəyə, qeybətə yararlı hadisələr baş verir, zövqünə görə götür, çürüt. İnsana ta nə lazımdır?
Maşallah, mövzu boldur. Məsələn, Bayramın kortejindən tutmuş ta deputatın və din xadiminin insanlara dənizdə çimməyin qaydalarını öyrətməsinə qədər 100 cür aktual mövzu var.
Belə anlaşılır ki, o vaxt beynəlxalq yarışlarla bağlı yollara sarı xətt çəkdikləri kimi, indi də dənizdə qırmızı xətt çəkəcəklər, geyimi düz gəlməyənləri dənizə buraxmayacaqlar. Çünki din-iman əldən gedir. O qeyrətli din xadimləri və onlara haqq verən deputatlar olmasa, ölkə Tailanda dönər. Nə yaxşı bunlar var.
Başqa hansı ölkədə belə şeylər müzakirə olunur? Presedenti yoxdur. Bu üzdəndir ki, hətta Avropada yaşayan həmvətənlərimiz belə ölkə gündəmi ilə nəfəs alırlar. Maraqlı müzakirələri buraxmaq olmaz axı.
Budur, camaatın başı qarışıb AMEA-da baş verənlərə, gül kimi mövzular diqqətdən kənarda qalıb.
Ona görə də məcburam onlardan biri haqda yazmağa çalışaraq gündəmi dəyişmək cəhdində bulunum.
O 10+ yaşlı uşaq var ha, öz yanından yol polisi forması geyinərək ictimai əsaslarla yol polisliyi edən, bax, millətin gələcəyi odur. Allah qorusun.
Belə olmalıdır. Uşaqlar öz gələcək həyat yollarını bu yaşdan başlayaraq müəyyən etməlidirlər.
Bizə o vaxt deyən, başa salan olmadı, elə bildik, kosmonavt, həkim, prokuror, jurnalist ola bilərik. Halbuki praqmatik olmaq lazım idi. Böyüklər deməliydi ki, rəqabət böyükdür, sizin kimi 1 milyon kosmonavt olmaq istəyən var, arıq canınızla hara soxulursunuz?
Hərçənd həkim və hakim olmaq istəyənlərə deyirdilər: “Ay bala, heç bilirsiniz, ”medinstut"un, “yurfak”ın qiyməti neçədir? Gücümüz çatan şey deyil. Puldan da əfzəl, oralar böyüklərin uşaqları üçündür". Sonra anladıq ki, düz deyirlər.
İndi bəzən həkim xanımlar olur, pasiyentə deyirlər, mənim papam sovet dövründə “ispolkom” (“raykom”, “zamministr”) idi, onlar yalan demirlər. Sovet dövründə vəzifəli adamların xanımları gələcəkdə həkim, hakim, prokuror olacaq övladlar doğurdular.
Nəysə, bu heç. Necə deyərlər, keçən günə gün çatmaz, nə qədər qaynaqçılıq eləsən də xeyri yoxdur. Bu gündən danışaq.
Bu gün məsələ belədir ki, keçid dövrüdür, həyatda gözəgəlimli yer tutmaq üçün bir az bəxtin gətirməlidir, bir az da vaxtında düz seçim eləməlisən.
Bax, o tösmərək uşaq seçimini düzgün edib. Bütün göstəriciləri düz gəlir - boy-buxunundan tutmuş ta danışığına qədər. Kənardan baxanda elə bilirsən, 50 yaş civarında dünyagörmüş yol polisidir. Maşallah, indidən artıq qayda pozan sürücülərin şəkillərini, videosunu çəkib saytlara göndərir, dərc etdirir və onları cərimələtdirir. Hətta qaqaş avtomobillərini düzgün park etməyənləri də əfv etmir. Elə olmalıdır.
O uşaqdan hər məhəlləyə, hər küçəyə biri lazımdır. Qoy əllərində telefon dursunlar yolun kənarında, yol-hərəkət qaydalarını pozanları çəksinlər, cərimələtdirsinlər. Bəlkə o zaman canımız avtoxuliqanlardan, qırmızı işıqda keçənlərdən, qoşa xətti tapdalayanlardan qurtarar.
Sürücülərdəm biri məhzun-məhzun, uşaq “qaişnik”i təqdir etmək zorunda qaldığı sifətindən tökülə-tökülə deyir ki, “bizə kömək eləyir də, pis şey eləmir”.
Yalansa, qayda pozuntusu etdiyin bütün hallar radara düşsün, sən DYP sevənsən? Ürəyindən axan qara qanları görmürükmü, səmimi olaraq fikirləşirsən ki, böyükləri ilə birtəhər baş edirdik, hələ biri də yetişir.
İndilikdə isə o uşaq gedib dərslərini oxumalıdır, gələcəkdə sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlaşmalıdır. Ya da qoy gəlsin, jurnalist olsun, bu saat operativ süjetlər çəkən reportyorlara ciddi ehtiyac var. Onsuz da el arasında ikisinin də adı “mərdiməzarlıq və işverənlik” kimi gedir - əsassız olaraq.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ