İnsanlara hürriyət, millətlərə istiqlal!

KİŞİNEU GÖRÜŞÜ: ilkin sonuclar

Yeni ayın ilk günü Moldavanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı keçirildi. Zirvə çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirildi. Beştərəfli qeyri-rəsmi görüş pozitiv ovqatda keçib. Bəs bu pozitiv ovqat əməli fəaliyyət müstəvisi üzərində necə inkas olunacaq? Liderlər nə qərara gəlib?

Birincisi, bu il iyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək; ikincisi, Brüssel görüşünədək XİN başçılarının Vaşinqtonda növbəti görüşünün keçirilməsi qərara alınıb. Bu, Vaşinqtonda yaxın aylarda baş tutmuş və Sülh Anlaşmasına xidmət edən ikinci görüş olacaq. Ötən görüş bir neçə gün sürmüşdü və tərəflər görüşü irəliyə doğru addım kimi xarakterizə etmişdi. Bəlli olduğu kimi, Vaşinqtonun ardınca Moskva görüşü oldu və orada qeyri-adi bir sonuc əldə edilmədi.

Moskva və Kişineu görüşləri arasında Azərbaycan Prezidenti Laçından çox önəmli ismarıclar verdi. Ermənistana, dünya erməniliyinə və ermənistanyanlılara ünvanlanan açıqmətnli ismarıclar məhz 28 mayda səsləndirildi. - Müzəffər Ali Baş Komandan ismarıcların verildiyi ünvanın və günün təsadüfi seçilmədiyini duyurdu. Başqa bir təvafüqlüksə 28 may 2023-cü ildə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın öz ölkəsinin ən yüksək kürsüsünə yenidən seçilməsi oldu. Azərbaycanın əvəzsiz qardaşı Türkiyəni Avropa Birliyinə almayanlar Türkiyə dövlətinin, xalqının necə parlaq seçkilər keçirdiyini bir daha gördü. Kişineuda İlham Əliyevlə birgə beşli masada əyləşən liderlərin hər biri də Ərdoğanı təbrik etdi. Ancaq onlardan üçü, heç olmazsa biri Ərdoğanın seçilməsini heç (amma heç) arzulamazdı. Budur, indi onlar Ərdoğanla, Əliyevlə, onların başçılıq etdiyi dövlətlərlə işbirliyində maraqlı olduqlarını ifadə və nümayiş etdirirlər…

photo_2023-06-01_23-52-42.jpg (47 KB)

Bəli, dost Moldova beştərəfli görüşə evsahibliyi etdi. Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna GUAM beynəlxalq platformasında bir aradadır. Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsindən sonra Ukrayna və Azərbaycanın dövlət başçıları ilk dəfə Kişineuda görüşdü…

Hamıdan narazı, hamıdan umacaqlı ermənilərin baş naziri isə az öncə, Rusiyanın Ukraynada möhtəməl məğlubiyyətini Ermənistan üçün fəlakət olaraq səciyyələndirmişdi… - Bu müharibənin Ermənistanın manevr imkanlarını daraltdığını deyən də yenə Paşinyandan başqası deyildi…
Bax belə…

Beləliklə, dost Moldovanın paytaxtında Şarl Mişelin vasitəsilə aparılan danışıqların daha çox koordinasiya xarakterli olduğunu vurğulaya bilərik. Örnəyi, Fransa və Almaniyanın danışıqlarda iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyırdı.

photo_2023-06-01_23-52-48.jpg (162 KB)

Əsas müzakirələr burada Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılıb. Azərbaycan Brüssel Sülh Gündəliyinə sadiqdir; danışıqları dalana sürükləməyə çalışan Ermənistan, onun əməlləri, bir də, forpostu olduğu ölkədir…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024