Onlayn ictimai-siyasi qəzet
Ötən ilin dekabrında olduğu kimi, ermənilərin və böyük bacılarının BMT-də budəfəki hoqqa çıxarmaq cəhdləri də baş tutmadı. Şərti dövlət sınırına ard-arda düzdükləri “SAPAYKA”lar, Ağdam-Xankəndi yoluna endirdikləri beton piltələr, terrorçubaşı Arayikin AB Şurasının başqanı Şarl Mişelə yazdığı (və Paşinyanın cibində daşıdığı) məktub, bu misalı daha nələr, nələr sonuc vermədi.
Biz onu danmırıq ki, erməni hiylələri baş tutmasa da, bizə də bir xeyri yoxdur – vaxt gedir, əleyhimizə olanlar ağ köynəyə atmaqçün çamur bulmuş kimi olur və s. Ancaq qarşımızdakı Yer üzünün ən bekara tayfa-fason toparğasıdırsa, neynək, uğraşmaq zorundayıq. Uğraşmaq və qalib gəlmək!
Ermənistan ədalətli, qalıcı barışın alternativi olmadığını illa qəbullanmalıdır. Bəli, ən müxtəlif məsələlərin çözüm yolu (normallaşma) qarşılıqlı (konstruktiv) fəaliyyətdən, beynəlxalq hüquq normalarından və Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməsindən asılıdır. Niyə Ermənistanın öhdəliklərini qabardıram və niyə qarşılıqlı deyərkən də məsuliyyət Ermənistanın üzərindədir? – deyim: biz barış üçün beynəlxalq hüquq normalarına uyğun 5 təməl prinsipi aylar öncədən Ermənistana təqdim etmişik. BMT-dən öz hiylələrinə, saxta göz yaşlarına mədəd uman tərəf, məhz beynəlxalq hüquq normalarına 30 il boyunca əməl etməyən, üstəlik, həmin o mədəd umduğu qurumun qətnamələrini icra etməyən tərəfdir. Üç onillik boyunca “qalib ədası” ilə ortalıqda sülənən, “status-kvo”dan, “təmas xətti”ndən, “sahədəki gerçəkliklərin diqtəsi”ndən dəm vuran rəsmi İrəvan (və havadarları) indi zəhmət çəkib yeni gerçəklikləri birər-birər qəbul etsin. Gorbagor olan status-mstatus, təmas-məmas, habelə həmsədr-məmsədr dönəmi qapanmışdır.
Bəli, gecə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qarabağdakı durumla bağlı iclası keçirildi. İclasa aparıcılıq edən Təhlükəsizlik Şurasının hazırkı sədri Amerika Birləşmiş Ştatlarının nümayəndəsi vurğuladı ki, Ermənistanın istəyi üzrə keçirilən iclasda həmin istəkçi ölkənin Xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın və Türkiyənin BMT-dəki nümayəndələri iştirak edir. İlk vurğulardan tutmuş, müzakirələrin ermənisayağı getməməsi və gəlinən sonuc bölgədəki yeni gerçəkliyi, bölgənin gələcək arxitekturasının əsintilərini müəyyən qədər ifadə etmiş oldu. Bəli, bu gerçəkliyi önəmli dərəcədə biz yaratmışıq – 44 günlük müharibədə Zəfər qazanaraq ədaləti bərpa etməyimizlə! Bəli, Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunmuş, tayına-bərabərinə az rastlanan kamil sənəd “Şuşa Bəyannaməsi”nin təsirləri danılmazdır. Bu təsiri qüvvətləndirən səbəblərdən biri də Türk Dövlətləri Təşkilatının qurulmasıdır. (Bu quruluş da 44 günlük müharibədəki Zəfərin meyvələrindən biri sayıla bilər). Digər səbəb kimi Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi durumu vurğulamaq olar. Əlbəttə, hadisələrə təsir edən daha bir çox irili-xırdalı səbəb də saymaq olar. Beləliklə, BMT-dəki müzakirələr ermənilərin dilədiyi sonuca gətirib çıxarmadı. Erməni ağlaşmalarından, yalanlarından boğaza yığılmış dünya birliyi də, elə idraklı ermənilər özləri də bu yolun yolsuzluq olduğunu qəbullanmaqdadır. Nə qədər olar şər-şəbədəynən, hiyləynən xal qazanasan, xeyirxah qonşunu qaralayasan və s. Yetər artıq. Artıq yetir... və yeni dönəm yetişir...
Beləliklə, Ermənistan siyasi-hərbi rəhbərliyi kirayə vicdan götürüb, nəhayət etiraflarda bulanmalı, öhdəliklərinə sadiq olmalıdır. Bəlkə yavaş-yavaş vicdanlı yaşamağa vərdiş edələr. Vicdan aşılama metodologiyası olaraq, qısa vurğumuz olsun: Ermənistan erməniləri 300 minə yaxın azərbaycanlının öz dədə-baba yurduna qaytarılması, Qarabağ ermənilərisə Azərbaycan Respublikası əhalisinə qaynayıb-qarışmaları (reinteqrasiya) yolu ilə vicdana talib ola bilər. Rəhmətlik Ozan Arif demiş: “Başqa yolu yox artıq”! İlla da bir başqa yol varsa, o yol birtərəfli ola bilər: Qarabağdakı bütün ermənilər Laçın yolu ilə dəf olub getməlidir! Bu da son deyil, Zəngəzurdakı, Göyçədəki ermənilər də başlarının çarəsinə baxmalı yəni!.. Yəni ya anrılıq olmalıdırlar ya bərilik!
Uzun sözün qısası, barış, sabitlik yalnız sözdə qalmamalı, gerçək müstəvi üzərində işlənməlidir. Yəni, sözün, əməlin bütün anlamlarında və parametrlərində Azərbaycanın ərazi bütövlüyü, Qarabağ üzərində suverenliyi tam, qəti və geridönməz şəkildə tanınmalıdır. Ermənistanın ərazi bütövlüyünün tanınması bundan keçir və Azərbaycan Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyacaqsa, bunun özü onlarçün tarixin ən (!) böyük lütfü sayılmalıdır. Biz layiq olmayanlara göstərdiyimiz lütfükarlıqların çox bəlasını görmüşük ona görə, bu dəfə lütf olacaqsa, ondan öncə olamalılar illa olmalıdır!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ