İnsanlara hürriyət, millətlərə istiqlal!

Kin-küdurət körükçüləri – onlarla iç-içə yaşamaq çətin olacaq

 

Optimizmə əsas yoxdur, nə qədər ki, erməni ziyalılar, daha dəqiqi, onların oxumuş adamları var və söz sahibidirlər, bu iki millətin arasında sülh olmayacaq, reinteqrasiya prosesi rəvan getməyəcək.

Qarabağ erməniləri yenidən Xankəndiyə, Əsgərana, Ağdərəyə qayıda, icma halında yaşaya bilərlər, amma içlərində özünü xalq adından danışmağa haqlı bilən bircə nəfər olsa, düşmənçilik toxumu səpəcək, cücərdəcək, kultivasiya edəcək, bəhəri ilə yeni nəslin beynini zəhərləyəcək, nifaq ocağını alovlandıracaq.

Budur, 20 gündür hər iki ölkədə yenidən bütün söhbətlərin başı, xəbərlərin əsası, müzakirələrin şah damarı olan erməni-azərbaycanlı ixtilafına dair aparılan sohbətlərdə, polemikalarda hələ normal, konstruktiv fikir bildirən erməni oxumuşa rast gəlməmişik.

Hamısı qan-qan deyir. Hamısı kral Tiqrandan, “əzəli erməni torpaqları”ndan, “böyük erməni krallığı”ndan danışır. Hamısı bütün dünyanı özlərinə borclu sayır. Hamısı baş verənlərə görə başlıca olaraq Türkiyəni və Rusiyanı suçlayır. Hamısı Azərbaycanı yüzədyüz haqsız, özlərini yüzdəyüz haqlı hesab edir. Bir-iki istisna var, onlarl da xain və ya dəli sayırlar.

444333.JPG (37 KB)

Bir neçə gün öncə rus jurnalistin Youtube platformasında təşkil etdiyi debatda qonaq olan erməni tarixçi Eduard Armaqaranyanla yəhudi mənşəli politoloq Roman Sıpinin gərgin polemikası bu xanədən idi. Arqamanyanı 35 ildən bəri eşitdiyimiz erməni nağıllarını neçə milyonuncu dəfə təkrarlayırdı. Bakı yəhudisi Sıpin isə ona regionun tarixini, ermənilərin hansı illərdə haradan gəlib haraya yerləşdiklərini, yüz il qabaq Qarabağda neçə ailədən ibarət olduqlarını özünəməxsus təmkinlə və aram-aram söyləyirdi.

Bütün cığal və arqumenti tükənmiş adamlar kimi Arqamanyan tez-tez emosional ovqata qapıldı,başını və üzünü əlləri ilə tutur, hirs-hikkəli nitq söyləyirdi, ancaq hər dəfə Roman Sıpindən sərt cavab alırdı. Axırda o, bakılı Romanın milliyətinə ilişdi, onları “saray yəhudiləri” adlandırdı və Sıpindən daha ağır cavab aldı.

Belələri var olduqca və millətin başını xarab eləmək üçün tribuna tapdıqca, belə olacaq. Onlar goreşən kimi 100, 200 il öncə kiminsə, çox zaman özlərinin yazdığı, uydurduğu bir sənədi eşələyib tapir, oradan özlərinə üstünlük qazandıran cümlələri seçir, mənbə düzəldir, sonra ona istinad edərək iddia irəli sürür, bunu tirajlayır, sadə, savadsız adamların beyninə yeridirlər.

1629278013.jpg (42 KB)

Bu cür adamlara nə qədər müraciət edilsə də ki, xalqlararası nifaqı qızışdırmasınlar, qarşılıqlı nifərti körükləməsinlər, xeyri yoxdur. Hətta erməni ictimai-siyasi xadim Sarkis Asatryanın təklif etdiyi kimi, həm Ermənistanın, həm də Azərbaycanın parlamenti xüsusi qanun qəbul edərək xalqlararası nifaq və nifrəti qızışdırmağı yasaqlasa belə, erməni oxumuşların o qanuna əməl edəcəkləri böyük bir sualın altındadır.

Etiraf edək ki, son 35 ildə ermənilərin əlindən çəkdiyimiz zülm-zillətin, mərhumiyyət və iztirabların, bizə yaşatdıqları faciələrin təsiri ilə həmin (nəzəri) qanunu bizimkilərdən də pozanlar olacaq. Amma bir şey dəqiqdir ki, bizdən o cür partizanlıq edənlər bir-iki nəfər olaacaqsa, ermənilərdən onlarla, yüzlərlə olacaq.

Adi bir misal. O gün dostlardan biri 31 il öncə ermənilərin Qazax rayonuna məxsus anklav kənd olan Bağanıs Aytıma hücum etdiklərini, kəndi işğal edib camaatı qovarkən 5 nəfərlik bir ailəni yandırıb öldürdüklərini xatırlatmışdı. Biz əslində, millət olaraq o faciəni, o yaramazlığı unutmuşduq, yalnız həmvətənimiz qeyd edəndə yadımıza düşdü ki, bəli, o vaxt 40-ı çıxmamış körpəni də, 79 yaşlı ağsaqqalı da öldürmüşdülər.

Kim bilir, ermənilərin törətdiyi, yaddaşımızın dərin qatında yatan və unutmaq üzrə olduğumuz neçə faciə var. Biz millət olaraq Xocalı faciəsinə kökləndiyimizdən o cür erməni silahlıların xaincəsinə hücumlarının, törətdikləri qətliamların bir xeylisini cari yaddaşımızda saxlamamışıq. Soruşan olsa, sadlamağa çətinlik çəkərik. Məsələn, jurnalist Salatın Əsgərovanın və onu müşayiət edən hərbçilərin güllələnməsi hadisəsini xatırlayanlar var, amma digər onlarla belə xain hücumu xatırlayanlar yoxdur, Qarakənd kəndi üzərində vurulan vertolyotda dövlət xadimlərimizin qətliamı daima xatırlanır, amma Şuşa səmasında vurulan və 20-dən artıq mülki şəxsin həlak olduğu vertolyot faciəsi, demək olar ki, heç kəsin yadında deyil.

gencer.JPG (32 KB)

Amma baxaq görək, ermənilər müharibə boyunca başlarına gələn hansisa faciəni, itkini unudublarmı? Əsla mümkün deyil. Çünki onların oxumuş adamları belə hadisələrin unudulmasına, adi “sıyrığ”ın qaysaqlanmasına imkan vermirlər, həmişə ondan bəhs edir, insanların kin-küdurətinin azalmasına, korşalmasına müsaidə etmirlər.

Xankəndidə qalmış ermənilərin həkimlərimiz tərəfindən müayinə olunması epizodlarına baxırsan, sir-sifətini saqqal basmış yaşlı kişilərin halına acıyırsan. Düzdür, deyilə bilər ki, bu, təbliğat xarakterli videoçəkilişdir, amma hər halda nifrət yox, humanizm təbliğ edir. Ermənilər bizimkilərə qarşı heç vaxt elə hərəkət etməyiblər və indən belə də etməzlər. Fərq budur.

Ona görə də tezliklə bu iki xalq arasında barışıq olacağına, iç-içə, dinc, yanaşı yaşamağın mümkün olacağına inam azdır, sıfırın üzərindədir.

Ən yaxşısı o olar ki, onlar kütləvi şəkildə yenidən Qarabağa qayıtmasınlar. Qoy uzun illər 1 milyon qaçqın-köçkünə ev tikmiş, həyat şəraiti yaratmış Azərbaycan dövləti 100 min ermənini də sərhədlərindən kənarda, bir yerlərdə yerbəyer eləsin, amma onları, o “gec partlayan minaları” içimizə qaytarıb gələcək nəsillər üçün problem yaratmasın.

Reallıq, gerçəklik budur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024