Onlayn ictimai-siyasi qəzet
İkinci zəngdən sonra mesaj yazdı. Salamsız-kəlamsız. Təxminlərim doğru çıxmışdı: “Kamil Vəliyə cavabımı güman edirəm ki, dərc edəcəksiniz. Təşəkkür edirəm. Mir Şahin”.
Bizdən arxayın idi - qaydalara, qanunlara və cavab haqqına hər zaman əməl etdiyimizi də dəqiq bilirdi. Bu yazını da çap edəcəyimizə əmindi... Bizi doğru tanıyır; amma bizim o qədər haqqımızı cavabsız qoyublar ki, özləri... “Sənə ANS-ə çıxmağı, efirimizdə görünməyi yasaqlayıblar”, bəhanəsi ilə ümumiyyətlə, efirlərindən siliblər bizi...
Təsəvvür edin, ANS-də Eynulla barədə onun şəxsiyyətini, ləyaqətini tapdayan, jurnalisti ən ağır cəzalarda suçlayan, onu vətənə, millətə xəyanətdə ittiham edən verilişin müəllifi və SƏSİ Mirşahin sabah ANS-də Eynullaya, yaxud da onun qanuni vəkilinə cavab haqqı tanıyır... Tanıyarmı? Tanıya bilərmi? Nırç!
Bu cür nümunələr o qədər çoxdur ki...
Minnət-zad qoymuruq. Belə də olmalıdır. Bir qəzetdə hörmətli bir professorun, Türk Dünyasının nəhəng simasının kiməsə, hətta özünə “sərçə” deyən və bizim də hörmətimiz olmayan tanınmış, istedadlı telejurnalistə məktubu dərc olunubsa, qarşı tərəfə də cavab haqqı tanımalıyıq! Biz özümüzü doğru olan nədirsə, onunla tənzimləyirik, doğru olmayanların və Bəd Əməllərin hərəkətləri ilə nisbət yapmırıq.
Ona tərəf ... düşünmək istəməsəm belə, oturub saysız-hesabsız səhvlərini, hətta bu yazını özünə qarşı çevirə biləcək ciddi yanlışlıqlarını düzəltdim, redaktə etdim. İşim budur, vəzifəm belə tələb edir. Burada emosiya, münasibət yox, peşəkarlıq birinci gəlir. Gəldi və... Saatlarım getdi - günüm itdi. Kənddə də cəmisi 2 gecə qalasıyam zatən...
Hörmətli Kamil Vəlini də xəbərdar etdim. Sakitcə, “problem yoxdur, verin”, - dedi; amma deyin ki, mən onu qəzetinizin redaksiyasında debata çağırıram...
Dedim. Oxuyacaq. Qəbul etsə, qəbulumuzdu. Çünki belə olmalıdır. Hətta ona da bizim qəzetin səhifələrində qadağan yoxdur; bunu bizə yapa biləcək birisi də. Biz də özümüzə icazə vermərik ki, haqsız, qanunsuz və əsassız olaraq kimlərəsə səhifələrimizdə yasaq qoyaq.
Bizim bütün icazələrimiz və yasaqlarımız qanunlara, peşə əxlaqına və özümüzə məxsusdur.
P.S. Arayış üçün bildirim ki, DATA-KART sayəsində kənddə də fəaliyyət göstərmək mümkündür; hətta redaksiya ilə canlı təmaslar qura, görüntülü - səsli əlaqələr saxlaya bilirəm.
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ