Onlayn ictimai-siyasi qəzet
30 il ərzində Azərbaycana qarşı dəhşətli cinayətlər törədən erməni caniləri tutmayan Moskva günahsız vətəndaşımızı saxlamaqla hüquqa tüpürür!
Tanınmış məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvada aeroportda saxlanılıb. Heyrət doğuran səbəblə - Ermənistanın sorğusu əsasında. Kamil guya ermənilərə qarşı hərbi cinayət törədibmiş, buna görə ona qarşı cinayət işi başlayıblar, saxlanılması üçün axtarışa veriblər.
Əlbəttə, iddialar hamısı uydurmadır.
Zeynallının törətmədiyi əməllərə görə Ermənistanın açdığı qondarma cinayət işi üzrə Moskvada saxlanılması Rusiyanın mənfur dövlət olmasının növbəti göstəricisidir. Əvvəla, Kamilin heç bir cinayət əməli yoxdur. O, İkinci Qarabağ Savaşında Vətənin müdafiəsində bacardığı qədər iştirak edib. Onu guya hansısa mənfur ermənini öldürməkdə suçlamağa cəhd edirlər. Hansı ermənini? Heç bir fakt, sübutdan söhbət gedə bilməz, çünki belə hal yoxdur. Ancaq Moskva aeroportunda həmyerlimizi saxta ittihamla saxlayıblar.
Digər tərəfdən, Kamil Zeynallını bu "cinayəti" Qarabağda törətdiyini deyir Ermənistan. Qarabağ isə Azərbaycanın ərazisidir. Qarabağda "törədilmiş" cinayətə görə Kamil Zeynallı niyə Ermənistana verilməlidir?! Rusiyada bunu anlayan yoxdur?
Bu, Rusiya hüquq sisteminin eybəcər standartlarının göstəricisidir. Günahı olmayan insanı saxlayırlar, ancaq son 30 ildə Azərbaycana qarşı soyqırım, terror, hərbi cinayətlər törətmiş, bu faktlara görə rəsmən axtarışa verdiyimiz ermənilərin heç birini Rusiyada indiyədək saxlamayıblar!
Məsələn, Araik Arutyunyan, Köçəryan, Sərkisyan, Samvel Babayan, Vitali Balasanyan, Samvel Karapatyan, Seyran Ohanyan Azərbaycana qarşı açıq-aşkar soyqırım cinayətləri, terrorçuluq əməlləri törədiblər. Buna görə uzun illərdir rəsmən axtarışdadırlar. Bu canilər daim Moskvaya gedib gəlirdi, ancaq heç birini saxlayıb Azərbaycana təhvil vermədilər, heç bir dəfə də olsun Moskvada saxlayıb sorğulamadılar.
Araik Arutyunyan hətta İkinci Qarabağ Savaşı zamanı Gəncəyə, Bərdəyə raket atdırıb onlarla dinc insanı məhv etdiyini açıq şəkildə bəyan etmişdi. Bundan sonra bir neçə dəfə Rusiyaya getdi, hətta rəsmilərlə də görüşdü. Rusiya hüquqa tüpürərək, onu saxlayıb Azərbaycana təhvil vermədi.
Arutyunyanı və digər caniləri Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərində saxladı və hazırda həbsdədir..
Erməni canilərə münasibətdə kor olan Rusiyanın hüquq sistemi indi Kamili Ermənistanın saxta cinayət ittihamları üzrə saxlayır. Bunun adı nədir? Yumşaq desək, Rusiyanın dövlət səviyyəsində nankorluğudur. Bu, Rusiyanın Azərbaycanla müttəfiqliyə, strateji əməkdaşlığa dair bütün anlaşmalara tüpürməsi deməkdir.
Düzdür, hələlik məhkəmə son qərarını verməyib. Dövlətimiz təbii ki, gərəkən bütün addımları atır. Heç şübhəsiz, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev bu məsələni belə qoyan deyil. Bu kontekstdə Ramil Səfərov olayı bir örnəkdir. Heç şübhəsiz ki, Azərbaycan dövləti bu məsələni də kökündən həll edəcək.
Rusiya isə bir daha sübut edir ki, nə qədər etibarsız tərəfdaşdır. Faktiki olaraq Moskva bu davranışı ilə təxribat törədir, vəziyyəti daha da gərginləşdirir, sülh prosesinə pəl vurmaq üçün əlindən gələni əsirgəmir. Faktiki “ikinci cəbhə” açır.
Rusiya İrəvanın sifarişini yerinə yetirir, yoxsa bu, Kreml daxilində Azərbaycanla münasibətləri pozmaq siyasəti aparanların işidir?!
Onsuz da Rusiyanın dünyada imici yerlə birdir. Bölgədə, Azərbaycanda da xalqın ona qarşı münasibəti bəllidir. Belə bir dönəmdə Rusiya Kamil Zeynallını hansısa maraqları, hiyləsi, kələyinə uyğun olaraq Azərbaycana yox, Ermənistana təhvil verərsə, bu, onun üçün böyük bir qara ləkə olacaq.
Azərbaycan RF ilə daim sədaqətli, etibarlı və səmimi tərəfdaş, yaxşı qonşu kimi davranıb. Bunun qarşılığında rəsmi Moskva eybəcər siyasətini davam etdirirsə, təbii, qarşılığı da adekvat olacaq.
Sirr deyil ki, Rusiyanın beynəlxalq aləmdə vəziyyəti çox pisdir və həm regional, həm qlobal proseslərdə Azərbaycana, Türkiyəyə ciddi ehtiyacı var. Bu şəraitdə onun Azərbaycan xalqını qəzəbləndirən addım atması dəyənəyi öz başına vurması anlamına gələcək...
P.S. Proses gözlədiyimiz kimi sonuclandı: Kamil Zeynallı 21 fevralda, günün ikinci yarısında sərbəst buraxıldı və artıq Azərbaycandadır. Azərbaycan dövləti, onun Prezidenti, Qalib Ali Baş Komandan heç bir halda imkan verməzdi ki, vətəndaşımız saxta erməni itihamı üzrə saxlanılsın və Ermənistana təhvil verilsin. Nüfuzumuz bir daha isbat oldu!
03 Oktyabr 2024
24 Sentyabr 2024
03 Sentyabr 2024
30 Avqust 2024
25 Aprel 2024
30 Mart 2024
14 Mart 2024
06 Mart 2024
04 Mart 2024
01 Mart 2024
29 Fevral 2024
23 Fevral 2024
21 Fevral 2024
20 Fevral 2024
16 Fevral 2024
24 Yanvar 2024
05 Oktyabr 2023
23 Sentyabr 2023
22 Sentyabr 2023
19 Sentyabr 2023
06 Avqust 2023
04 Avqust 2023
21 Iyul 2023
16 Iyul 2023
15 Iyul 2023
13 Iyul 2023
21 Iyun 2023
16 Iyun 2023
09 Iyun 2023
08 Iyun 2023
ŞƏRHLƏRŞƏRH YAZ