Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqlar aparacaq. Musavat.com xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi mənbəyə istinadən yayıb.
Mənbənin sözlərinə görə, görüş sentyabrın 22 və ya 23-də baş tuta bilər. Danışıqlarda Avropa İttifaqının xarici işlər komissarı Kaja Kallas da iştirak edəcək.
İran Xarici İşlər Nazirliyi daha əvvəl Əraqçinin Nyu-Yorka gedişi barədə məlumat vermişdi. İranın xarici işlər naziri sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edəcək İran prezidenti Məsud Pezeşkiandan bir neçə gün əvvəl ABŞ-a gedib.
Avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpası mexanizminin təşəbbüskarı olub. Sentyabrın 19-da Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib. Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Təhlükəsizlik Şurasının 9 üzvü (ABŞ, Böyük Britaniya və Fransa daxil olmaqla) əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ