Onlayn ictimai-siyasi qəzet
Sultan Əhməddə hər dəfə namaz qılanda etdiyim dualardan başqa, Allahdan bir diləyim də olur: "bir daha nəsib eylə". İllərdir ki, hər sənə nəsibim olur. Bəzən ildə bir neçə dəfə gələ bilirəm. Ərhunla isə bu müqəddəs və möcüzə məkanda 4 il öncə birgə olmuşduq. Az-maz yadında qalıb, özü dedi; - 5 yaşındaydı o zaman. Rüku və səcdədə ətrafına boylanıb, hərəkətlərini öylə tənzimləməsini hiss edirdim; mən də bunu xatırladım. Amma indi, sərbəstcə, əkəcə namazını qıldı, sonunda alnını yerə dayayıb, dualarını və diləklərini etdi; pıçıltılarını duyurdum. Camidən çıxanda dedi ki, Allahdan Qarabağı istədim... Sirr açırmış kimi, asta səslə, amma çoox ciddi dedi... Sanki məsələni də həll edibmiş - o qədər əmindi səsi. Bir az anladım ki, oğlum düşmənlərimizin sırasıni niyə dəqiqləşdirmək istəyirdi bayaq”¦
Sonra İstanbulun ən mərkəzi, ən turistik, ən gözəl yerində - Ayasofya ilə Türkiyənin baş məscidi olan Sultan Əhməd camisinin arasında gəzişdik, səyyari satıcılardan közdə bişmiş qarğıdalı (mısır) aldıq, yeyə-yeyə şəkil çəkdirdik. Dedim, oğlum, bu şəkilləri qəzetə verəcəm, qoy bizim hökumət görsün ki, küçə ticarəti ayıb deyil, pis iş deyil; olsaydı İstanbulda onu yasaqlayardılar... Suallar verdi Ərhun. Dərdimizi anlatdım - onun anlaya biləcəyi dillə... Bakıda polislərin və Hacıbalanın səyyari qəzet satışını yasaqladıqlarını, çoxlu insanları, onların balalarını çörəksiz qoyduqlarını, bizim üçün də çətin ola biləcəyini bir türlü izah etməyə çalışdım... İşə girişdi. Gözünə səyyari satıcı olaraq kim görünürdüsə, əlində foto-aparat, çəkirdi. İkimiz də axtardıq - amma əldə qəzet satan tapmadıq... Türkiyədə qəzetlərin belə bir sorunu yox ki... Hər qəzetin öz köşkləri, dağıtım (yayım) sistemi var... Türkiyədə qəzetlərlə İstanbul merinin də işi yox. Merin soyadı Topbaş olsa da, insanlara topdan zərər toxundurmaz. Bizim mer var ya...
Sonra qəfildən bələdiyyə zabıtaları gəldilər. Sadəcə baxdılar, hərləndilər - nə satıcı arvadlara, nə də onların mallarına təpik vuran oldu... Caminin önündə, giriş qapısının ağzında yerə bir şeylər atıb, üstündə təsbeh, şal, və sair mallar satan arvadlar kirimişcə toparlanıb, getdilər. Özləri ilə yazacağım yazının əsas demoqojilərini, süjetini, filanı da apardılar, açığı... Qarğıdalı, smit satan təkərəkli arabalar qalmışdılar - onlar İstanbulun simvolları kimidilər. Zamana və polisə (əslində bələdiyyə zabıtalarına - burada polisi belə şeylərə qatmırlar ) dayanaqlı...Axşamüstü Aleksdən (Ələsgərdən) xəbər gəldi ki, deyəsən bəla bu dəfə də ötüşdü - Bakıda qəzet yayımına olan basqılar dayanıb...
Bunu Ərhuna demədim. Onsuz da az sonra unutmuşdu, ona söylədiyim əcaib-qəraib şeyləri... Onun özünün başqa Bakısı, başqa İstanbulu var...Təsəlli də budu...
Bəlkə də onun əlinin uğurundandı - Bakı hökumətini utandırmaq, inandırmaq, bir az da qandırmaq (anadoluca anlamında- “fırlatmaq”) üçün çəkdiyimiz şəkillər dərc olunmadan, foto-aparatın yaddaşında oturaraq, işə yaradı.
Bir daha İstanbula gələndə ola bilər millətimizin və Ərhunun gündəmində yenə də Qarabağ məsələsi olacaq. Lakin heç istəməzdim ki, bizim gündəmimizdə, zor-bəla ilə çıxartdığımız qəzetlərin satışına qoyulan qadağadan dolayı, İstanbulda qarğıdalı qızardıb satanların müqayisəli bəxtəvərliyinə dair düşüncələr yer alsın...
Allahım, imkan ver ki, səni daha ciddi məsələlərlə bağlı narahat edək...
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ