İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər sərhəddə niyə cəmləşir? - İrəvanın boynundakı Qərb xaltası...

Cənubi Qafqazı qarışıdırmaq, sabitliyi, Azərbaycanla Ermənistan arasında pozitiv çalarları artan kövrək sülh prosesini pozmaq, tormozlamaq üçün Qərb, konkret olaraq başda Fransa olmaqla Avropa İttifaqı və ABŞ hərəkətə keçib. 5 apreldə ABŞ, Aİ və Ermənistan arasında təhükəsizliklə (?!) bağlı saziş imzalanmasına Azərbaycanla sərhədə doğru hərbi hərəkətlənmə ilə start verilib. Belə ki, martın 30-da Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının, zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.

Sosial şəbəkələrdə, mediada bunu əks etdirən videolar yayılmaqdadır.


Həmin videoları bu linkdən izləyə bilərsiniz: https://musavat.com/news/sok-iddia-ermenistan-azerbaycanla-serhede-canli-quvve-ve-herbi-texnika-yigir-video_1057021.html

Bu kontekstdə müzakirələrdə ilk qeyd olunan budur ki, ötən ilin sentyabrından indiyədək Ermənistan hərbçilərinin belə aktivliyi müşahidə olunmayıb...
Ermənistanın işğalı altında olan kəndlərimizin boşaldılması, sülhlə bağlı mövqelərin yaxınlaşmasına dair açıqlamaların ardınca İrəvanın şərti sərhədə qoşun cəmləməsi qətiyyən təsadüfi deyil. Bu, birmənalı olaraq Cənubi Qafqazla bağlı məkrli planlarını reallaşdırmaq istəyən Aİ-nin, Fransanın və ABŞ-ın tapşırığıdır...

 ebfa687ffac928b335feec92b9f89f90.png (151 KB)

ABŞ və Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qafqazda yeni müharibəyə başlamaq niyyətindədir. Aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla bağlamaq istədiyi hərbi pakt hələ imzalanmamış “işə başlamaları” ciddi siqnaldır. Aİ-ABŞ-Ermənistanın bu müştərəkliyi birmənalı olaraq Azərbaycan xalqına və dövlətinə qarşı olmaqla yanaşı, bütövlükdə region üçün böyük təhdiddir. Təbii, Qərb Cənubi Qafqazda Rusiya ilə cəbhə açmaq istəyir və Ermənistan bu prosesdə alət kimi istifadə olunur. Sözsüz ki, Kremlin də Ermənistanın bu davranışına reaksiyası sərt olacaq.

Ancaq məsələ ondadır ki, Qərb bölgədə sabitliyi Ermənistanı məhz Azərbaycanın üstünə qısqırtmaqla pozmağı hədəfləyir. Çox eybəcər bir plandır və artıq bu yöndə hərəkətə keçiblər.
Anti-Azərbaycan dairələr, başda Fransa, təhlükəsizlik qarantiyası adı altında Ermənistana gizli və açıq hərbi dəstək verirdi, onu silahlandırırdı. Bunun ağır fəsadları olacağını Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib. Təbii ki, söhbət Ermənistanın başına növbəti dəmir yumruq endirilməsi kontekstində başa düşülməlidir...

Bəs Qərb niyə belə edir? Sirr deyil, Azərbaycanın İkinci Qarabağ müharibəsi ilə, habelə postmüharibə dövründə, eyni zamanda lokal antiterror tədbirlərindən, ərazi bütövlüyünü, suvreneliyini tam bərpa edəndən sonra bölgədə yaratdığı reallıqları kollektiv Qərb qəbul etmək istəmir. Prezident İlham Əliyev bir müddət öncə onlara xəbərdarlıq etdi.

_113461805_018.jpg (24 KB)

Sitat: “Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər"...


Ancaq ABŞ, Fransa və Aİ yenə də səhvini davam etdirir. Onlar Cənubi Qafqaz siyasətində yanlış bir yol tutublar. Həm Azərbaycana qarşı planlar qururlar, reallıqları dəyişməyə cəhd edirlər və bunun fövqündə Türkiyənin, Rusiyanın buradakı mövqelərini azaltmaq istəyir. Bunun bölgə üçün ağır fəsadlarını, yeni müharibə risklərini isə nəzərə almaq istəmirlər. Onları bölgənin sabitliyi, firavanlığı yox, öz korporativ maraqları düşündürür. Bu eybəcər siyasətdə isə Ermənistanı alətə çeviriblər.

Ermənistan parlamentinin Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı məhz indiki ərəfədə ratifikasiya etməsi İrəvanın siyasi yönümü ilə bağlı xaotik davranışının göstəricisi idi.

Xatırladaq ki, bu missiya 2023-cü ilin yanvarında yaradılıb və faktiki olaraq təxribat məqsədi daşıyır.

missiaa.jpg (59 KB)
Yeri gəmişkən, Azərbaycan bu missiyadan sonra da sübut etdi ki, onu haqq işindən bu kimi bölgəsəl sabotajlar yayındıra bilməz. Məsələn, ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra ermənilərin sərhəd təxribatları intensivləşdi, bir hərbçimizi snayperlə vurdular, dərhal da Ermənistan çox sərt cavab aldı, həmin atəş nöqtəsi darmadağın edildi. Bu təxribatları ermənilər Aİ missiyasına arxayın olub həyata keçirirdilər. Nəticədə hamısı layiq olduqları cavabı aldı.

Onu da diqqətə çatdıraq ki, Aİ-nin əslində casus şəbəkəsi hesab edilməli olan missiyasının say tərkibi ötən ilin dekabrında 138-dən 209 nəfərə qədər artırıldı.

Hansı ki, guya bu missiya qısamüddətli elan olunmuşdu. Ancaq sonradan uzunmüddətli etdilər və hərbiləşməyə başladılar. Bu o deməkdir ki, Aİ bu şəkildə regiona hərbi müdaxiləyə start verib. ABŞ da açıq şəkildə bu prosesə qoşulub.
İndi üçlükdə açıq-aşkar hərbi pakt imzalayıb, hərəkətə keçirlər.
5 aprel öncəsi Azərbaycanla şərti sərhədə erməni hərbi kontingentini cəmləşdirməyin təşəbbüskarı və sifarişçisi birmənalı olaraq Fransa, Aİ və Amerikadır. Bununla 5 apreldə imzalayacaqları paktlarına don geyindirmək cəhdində bulunurlar: Ermənistan sərhəddə təxribat törədir, Azərbaycan təbii olaraq dövlət təhlükəsizliyini qoruyaraq cavab verir, beləliklə ABŞ və Aİ haray çəkir ki, bəs Ermənistanın təhlükəsizliyi əldən gedir, bölgəyə getməliyik. Belə bir sarsaq plan...
Əgər Qərb bölgədə sağlam, inkişafa yönəlik əməkdaşlıq formatına yox, məhz belə məkrli planlarla üstünlük verir, bölgəni yenidən alovlandırmaq niyyətini ortaya qoyursa, heç şübhəsiz ki, cavabı da adekvat olacaq...
Aydındır ki, Ermənistanın istənilən hərbi təxribatına Azərbaycan çox sərt cavab verəcək. Erməni siyasətçilər özləri etiraf edir ki, Azərbaycan ordusu bircə günə İrəvanı da yerlə yeksan edər...

Xarici güclərin də iştirakı ilə Ermənistandan Azərbaycana hərbi müdaxilə cəhdi olarsa, sözsüz ki, Qardaş Türkiyə seyrçi qalmayacaq, Şuşa Bəyannaməsi işə düşəcək.

shusha-declarationjpg-1623776060.jpg (540 KB)

Söhbət həm də ermənilərin Naxçıvanla sərhəddə də qoşun cəmləşdirməsindən gedirsə, bu, qardaş ölkə üçün ikiqat həssas məsələdir.
Habelə, mövcud reallıqlarda Rusiya bəlkə də tarixdə ilk dəfədir ki, Azərbaycanın formalaşdırdığı reallıqları qəbul edir və bu periodda Moskva Bakıdan yanadır. Bu həm də o deməkdir ki, Cənubi Qafqazla bağlı Qərbin planlarına Rusiya da olduqca sərt cavab verəcək. Eyni zamanda ona “kəllə atan” İrəvanı da cəzasız qoymayacaq.

Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərinə Gürcüstan da səsini çıxarmalıdır...

Ayrıca olaraq rəsmi Bakı isə məkrli niyyətlərin qarşısında bu dəfə də aciz qalmayacaq. Bütün hallarda və variantlarda Azərbaycan ona qarşı planları ifşa, deşifrə və ram etməyə qadirdir. Qərbin Ermənistanla birləşib (İrəvanın boğazına xalta bağlayıb) cummaq təhdidi bizi qətiyyən qoxuda bilməz. Zatən 2020-ci ilin payızındakı 44 günlük müharibədə də Fransa və digərləri İrəvanın yanında idilər. Nə dəyişdi? Ermənistana nə faydaları dəydi? Azərbaycanı haqq işindən geri çəkə bildilərmi? Qətiyyən.

Yenə də nəticə bu cür olacaq. Azərbaycan sübut edib ki, onu hansısa oyunlarla, hərbi paktlarla müstəqil siyasətindən daşındırmaq mümkün deyil.

Tutaq ki, hansısa hərbi hərəkətlənmə oldu, Ermənistan hərbi təxribat törətdi. Düzdür, bunun bütövlükdə regiona, sabitliyə, sülh prosesinə ciddi mənfi təsirləri və fəsadları olacaq. Amma hər hansı eskalasiya zamanı Ermənistan çox ağır zərbələr alacaq, ölən, məhv edilən ermənilər olacaq, ABŞ və Aİ ölkələri vətəndaşları yox. İrəvan bunu dərk etmirsə, yaxud etmək istəmirsə, revanş üçün bəhanə axtarırsa, Qərbin yalan vədlərinə uyubsa, indikindən daha fəlakətli vəziyyətə düşəcək. Çanaq bütün hallarda İrəvanın başında çatlayacaq. Ermənistanın boynundakı Qərb xaltası sıxılıb onun boğazını üzəcək...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Oktyabr 2024

24 Sentyabr 2024

03 Sentyabr 2024

30 Avqust 2024

25 Aprel 2024

30 Mart 2024

14 Mart 2024

06 Mart 2024

04 Mart 2024

01 Mart 2024

29 Fevral 2024

23 Fevral 2024

21 Fevral 2024

20 Fevral 2024

16 Fevral 2024

24 Yanvar 2024

05 Oktyabr 2023

23 Sentyabr 2023

22 Sentyabr 2023

19 Sentyabr 2023

06 Avqust 2023

04 Avqust 2023

21 Iyul 2023

16 Iyul 2023

15 Iyul 2023

13 Iyul 2023

21 Iyun 2023

16 Iyun 2023

09 Iyun 2023

08 Iyun 2023