İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlini iqtidarı dəstəkləməyə vadar edən milli qınaq və ... Rəhim Qazıyev

AXCP sədri Əli Kərimli qəfildən və gözlənilmədən manevr edib. O, hakimiyyətə açıq dəstəyini bildirib. Ümumilikdə, yaxşı haldır.

İlk gündən, ilk andan belə olmalı idi. Amma belə deyildi axı! Hakimiyyəti və ordu rəhbərliyini kəskin tənqid edirdi. Ermənilər sərhəddən, bu və adamları da, efirdən, atırdılar. Günlərdir "blokada"dan verdiyi çoxsaylı müsahibə və açıqlamaları ilə milli qınağı üzərinə çəkmişdi. Eyni ilə 2016-cı ilin aprel döyüşlərində də belə etdi. Durumu düzgün qiymətləndirə bilmədi, ordunun, iqtidarın üstünə getdi, onun paylaşdığı statuslar Ermənistan mediasında manşet olub, üstümüzə yağdı. O zaman da ciddi qınaq aldı, cəmiyyət üstünə getdi, sonunda konstruktivləşdi.

Onun kimi davranan biri də vardı. Daha primitiv idi, amma mahiyyətcə eyni işi görürdülər. Sabiq müdafiə naziri Rəhim Qazıyev.

Açıq -aydın şəkildə düşmənçilik edirdi. Belə məqamda deyilməyəcək sözlər deyirdi. Bu gün sabiq baş nazir Pənah Hüseyn onun haqqında yazdı, düz yazdı: "Ağlını itirmiş sərsəri qoca"... Onu götürdülər, atdılar içəri. Düz də etdilər! Savaş dövründə kimsənin nazı ilə oynanılmaz. İqtidarın qırımını anlayan, bundan sonrakı "Rəhim"in kim olacağını idrak edən Əli Kərimli dərhal manevr etdi.

Bugünə qədərki duruşunun diametral ziddinə bir bəyanatla çıxış etdi. Hakimiyyətə reverans edərək, Anadolu leksikonumuzdan poetik ifadələr işlətdi: "Azərbaycan hökumətinin gözü arxada qalmasın". Heyrətamiz bir metamarfoza! Amma lazımlı, alqışlanası! Rəhim Qazıyev kimi, ağır ittihamlarla içəri alınmaqdansa, evdə oturub, “blokada-blokada” oynamaq daha yaxşı deyilmi.

Space TV-də haqqında etika çərçivələri daxilində tənqidlər etmişdim, 4 gündü trolları, bəlli adamları dinib-dincəlmir.

Təhqir, söyüş, nifrin, hədə, karikatura... Necə demişdim, elə də çıxdı. Şəxsimə qarşı terror əmrini də verən məhz Əli Kərimli özüdür, bəzi saxta profillərdən yazır deyə, şübhələnirəm. Adam kindar, adam qərəzli, adam manyak. Müharibə gedən bir şəraitdə də balaca konfliktlərinə, düşmənçiliyinə ara vermir. Yaxşı tanıyıram: o, yalnız gözünü qorxutmaq halında geri verir...

Son günlərdə ordu və hakimiyyət əleyhinə davranış sərgiləyən, açıqlamalar verən, buna görə də millət səviyyəsində ciddi qınaqlara ürcah olan Əli Kərimlinin iqtidarnamə açıqlamasını təqdim edirəm: “Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşmışdır. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm. Ordumuza dəstəyimiz tamdır. Dualarımız əsgər və zabitlərimizlədir. Azərbaycan hökumətinin gözü arxada qalmasın.

Düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq”.

Təklif edirəm ki, hakimiyyət orduya və savaşa qarşı yazan, açıqlama verən içimizdəki başqa “ermənilərlə”də qətiyyətli davransın,belələrini çəkinmədən həbsə atsın. Təsiri olur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022