İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmənəmsə, sevinirəm... - Baş redaktorun yazısı

Düşmən ölkədə - 30 mindən çox vətəndaşımızı öldürən, torpaqlarımızı işğal edən, əhalimizi qaçqın duruma salan Ermənistanda ara qarışıb. Cinayətkar, Xocalı canisi Serj Sərkisyan iqtidarı çökür. Buna sevinirəm. Daha betər olsun. Çünki bu vəziyyət və onun daha betəri Azərbaycan üçün böyük perspektivlər açır. İstər hərbi, istər diplomatik sahədə, ciddi üstünlüklərə sahiblənə bilərik.

Demirəm, dərhal hücuma keçib, hərbi əməliyyatlara başlayaq, torpaqlarımızı azad etmək cəhdləri göstərək; bunu indi etsək, Sərkisyana işləmiş olarıq, onu gücləndirərik; lakin İrəvan daha da qarışsa və indiki iqtidar düşsə, belə bir imkan yaranır. Üstəlik, fərqli, çoxdan gözlənilən və dünyanın standartlarına cavab verə biləcək bir perspektiv də var: vətəndaş müharibəsinə, ciddi daxili qarşıdurmalara yuvarlansa, Dağlıq Qarabağdakı erməni əhalisinin Azərbaycana sığınması istiqamətində yarımçıq qalan yarımgizli bir layihəni davam etdirmək mümkün olar.

 Ancaq belə bir tarixi məqamda nələri görürük? Bəzi ağıl yoxsulu, vətənpərvərlik hissi ölgün soydaşlarımız, siyasət və media sektoruna aid tanınmış isimlər sosial şəbəkələrdə Azərbaycan xalqını az qala suçlayır, ona çağırış edir ki, bizim xalq niyə qalxmır? Heyrətlənməyə bilmirsən. Bu nə ağıl, bu nə əxlaq? Düşmən ölkə, hər hansı bir səbəbdən, daxili qarşıdurmalardan sarsılmış durumdaykən, ermənilər bir-birini öldürməyə hazırkən içimizdəki biriləri arzu edir ki, eyni sarsıntıları, qarşıdurmaları Azərbaycan da yaşasın?

Belə bir perspektiv ancaq və ancaq ermənilərə sərf edərdi. Çünki onlar bizi rəqib ölkə, düşmən millət bilirlər. Düşmənin arzularını ifadə edən bəzi soydaşlarımıza, siyasət və media adamlarına, siyasi mühacir adlanan bir sıra tülüngülərimizə nə ad verək? Bunca düşmənçiliyin arxasında duran səbəb nədir?

 Bizi özünə düşmən bilən Ermənistanın bu cür qarışması, əli onminlərlə Azərbaycan türkünün qanına batmış cinayətkar bir rejimin çökməsi, əslində, Azərbaycanın ciddi uğuru sayıla bilər. Bu, böyük savaşda olduqca ciddi epizoddur. Bu, 2016-cı ilin aprel döyüşlərinin Ermənistan cəmiyyətində və onun ordusunda yaratdığı depressiyanın bəhrəsidir. Bu,  Azərbaycan dövlətinin, Türkiyənin də sayəsində Ermənistana qarşı yürütdüyü təkləmə, blokada siyasətinin nəticəsidir. Heç cür inkişaf etməyən, edə bilməyən, bütün beynəlxalq layihələrdən kənarda qalan bir cəmiyyət öz iqtidarına qarşı bu cür təpki verməli idi. Azərbaycan, uzun illərdən sonra “erməni monolitliyi” mifini darmadağın edib.

 İddia etmirəm ki, hazırda Ermənistanda baş verən prosesləri ancaq bu amillər və Azərbaycanla Türkiyənin ortaq təcrid siyasəti törətdi. Lakin ona iddia edirəm ki, bu amillərin də böyük rolu var! Həm də ona iddia edirəm ki, Ermənistanda hazırda baş verən olaylar düşmən sevindirən qəbildəndir!

 Və mən sevinirəm!

 

      Yerevan ile ilgili görsel sonucu

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022