İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dar günümüzdür...”

Bizi işsiz qoymaq istəyən iqtidara, onun siyasətinə ən böyük dirəniş “Yeni Müsavat”ı ayaqda tutmağa dəstək olmaqdır. Hər kəsin dar günündə yanında olduq. Hətta bizi söyən, haqsız yerə suçlayan, cümlə xəyanət sifətlərini ünvanımıza yapışdıranlara da dara düşdükləri, yıxıldıqları anda arxa olduq, dayaq olduq, dəstəyinə tələsdik. Əli İnsanov, Fərhad Əliyev və başqa sabiq iqtidar yetkililərinin də başları qazamata girən kimi “bizim qəzet” ünvanına çevrildik...

Haqqı tapdanan bir kəndlinin də, fəhlə, məmur, müəllim, həkim, siyasətçi, tələbənin də üz tutduğu ünvanıq. İndi bizi bitirməyə çalışan məmurlar var ya, onların hamısı potensial dustaqdır; onların, onların yaxınlarının da yaxın gələcəkdəki “bizim qəzet” ünvanıyıq. Qapısı bərkdən döyülənin də, evi başına uçurulanın da, şərlənib tutulanın da, içəridə sındırılmamaq üçün mücadilə verənin də arxası-dayağı “Yeni Müsavat”dır... Minnət qoymuruq - xatırladırıq. İndi bizim dar günümüzdür. Dəstəyə, duaya, telefon zənginə, abunə yazılmağınıza ehtiyacımız var. Hakimiyyət məmurları 3 min nüsxə tirajımızı dövriyyədən çıxarıb. Onları bərpa etmək mümkün olmasa, çapımız tamamilə dayanacaq. Bu baxımdan, hər kəsdən qəzetimizə heç olmasa 1-2 aylıq abunə olmalarını istərdik. Aylıq abunə qiyməti 12 manatdır. Yarım aylıq da olar, 2 aylıq da, bir illik də, hətta bir həftəlik də. Kim istəsə, sadəcə telefon zəngi ilə, öncədən pul ödəmədən “Yeni Müsavat”a abunə ola bilər. Telefonları yazıram:

(012) 465-67-13, (012) 564-48-96 - Qaya Mətbuat Yayımı Firması. Respublikanın rayonlarından, elə şəhərdən isə Azərmətbuatyayım ASC-yə (012 440 16 26; 012 441 19 91) zəng etmək olar.

Bu gün, 12 noyabr saat 13-də isə qəzetimizdə abunə marafonu keçiriləcək. Ziyalılarımızı, millət vəkillərini, partiya liderlərini, inanclı qardaşlarımı, Mətbuat Şurasının sədri və İdarə Heyətini, qəzet redaktorlarını, iş adamlarının təmsilçilərini; qəzeti özünə dost bilənləri, oxucularımızın bütün kateqoriyadan olan nümayəndələrini Marafona dəvət edirəm. Redaksiyada yayım firmalarının nümayəndələri də olacaq. Özünü abunə etdirmək istəyən dərhal qeydə alınacaq və 1 gün sonradan qəzetini evində almağa başlayacaq. Əlavə dəstək vermək istəyənlər ödənişi redaksiyaya edib, möhürlü sənəd alacaq. (Tarix və gələcək nəsillərə nümunə üçün saxlayarlar özlərində.) Abunə yazılmağa imkanı olmayan oxucularımızın, müxalif partiyaların rayon şöbələrinin bir sıra üzvlərinin siyahısı da redaksiyamızdadır. Biz nisbətən imkanlıların sayəsində yüzlərlə oxucularımızın öz evlərində qəzet almalarını təmin etmiş olacağıq. Allah hər kəsə qəlbinə görə versin və yardımçımız olsun.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022