İnsanlara hürriyət, millətlərə istiqlal!

BİTMƏYƏN 44, HƏR GÜN DAVAM EDƏN ZƏFƏR...

Günümüz Zəfərimizdir!

O Zəfər ki, 1 il öncə düşmənlərimizin üzərində qazandıq, torpaqlarımızı azad etdik, 30 illik məğlubiyyət döngüsünü durdurduq.

O Zəfər ki, Azərbaycan xalqını dəyişdirdi, yenilədi, gücləndirdi, ruhlandırdı, böyütdü!

Ö Zəfər ki, dövlətimizin tarixdəki və dünyadakı yerini yüksəltdi, ölkəmizə münasibəti planetar çapda dəyişdirdi.

O Zəfər ki, dünya hərb tarixinə düşdü, ordumuza heyranlıq gətirdi, dərsliklərə yazıldı.

O Zəfər ki, ... Şəhidlərimizin Vətən uğrunda axan qanı işğal təqvimlərimizi dəyişdirdi, bizi məğlubiyyət sindromundan çıxartdı.

Sanki dünən idi - işğal təqvimləri bir milli ənənəyə dönmüşdü.

‘’Filankəs Laçının işğal günü toy elədi, filan deputat Zəngilanın işğal günündə özünə ad günü keçirtdi, filan müğənni Füzulinin işğal günündə konsert verdi...’’

Bu kimi ittihamlar qəzet və saytların manşetlərindən düşmürdü.

Şəxsən mən 27 il sonra ilk dəfə ad günümü öz vaxtında qeyd etdim - 23 iyulda!

İŞĞAL TƏQVİMİ hər şeyimizi qaralamışdı (1993-cü ilin 23 iyulunda Ağdam erməni qəsbkarları tərəfindən ələ keçirilmişdi... )...

Ordumuzun böyük qələbəsindən fərdlərin də taleyinə, gününə-güzəranına yazqılar düşdü.

İndi millət olaraq, təqvimlərimiz tam yenilənib.

Ağdamın azad edildiyi gün, Füzulinin qurtarıldığı gün, Zəngilanın, Qubadlının, Cəbrayılın, Laçının, Kəlbəcərin azadlığı günü!

Şuşa günü...

ZƏFƏR GÜNÜ...

***

Şuşa Zəfərin özü oldu!

Şəhidlərimizin ruhuna və Şəhid analarına minnətdarıq, Ordumuza minnətdarıq.

Milləti, Ordunu, Dövləti və ... dünyadakı bütün dostlarımızı bir yerə yığaraq, düşmənin dostlarını ustalıqla neytrallaşdıraraq, milli və siyasi həmrəyliyi təşkil edərək, Azərbaycanı Zəfərə daşıyan, Vətən müharibəsinin əsas qəhrəmanı olan Ali Baş Komandana minnətdarıq.

O, ZƏFƏR YOLUnun sehrli bir formulunu tapdı.

Sonra da xalqını arxasına alıb, Əsgərinə ‘’vur’’ dedi!

Vurhavurlu möhtəşəm 44 günü yaşatdı!

BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupu həmsədrlərinin...

(ABŞ, Fransa, Rusiya...)

...həll edə bilmədiyi bir problemi Azərbaycan təkbaşına və 44 günə həll etdi!

Cəmi 44 günə 200 illik erməni iddialarını və ideologiyalarını bitirdik!

Erməni mifini, erməni ordusunu, erməni lobbisinin 2-ci erməni dövləti layihəsini sıfırladıq!

İndi Azərbaycan üzərindən cəmi 1 il keçməmiş, döyüşərək işğaldan azad etdiyi ərazilərimizi bərpa edir, vəhşi bir tayfanın - ermənilərin xaraba qoyduqları Qarabağı, Şərqi Zəngəzuru yenidən inşa edir, kommunikasiyaları açır, hava limanları tikir, yeni əməkdaşlıq platformaları və formatları təmin edir.

İndi biz Qərbi Zəngəzur deyirik...

Türk dünyasını və 3 min kilometrlik TƏK YOLu birləşdirəcək DƏHLİZ deyirik.

Azərbaycan və onun dostları Vətən müharibəsində qan töküb, Şəhid verib, qazandığımız qələbənin - ZƏFƏR GÜNÜnün ilk yubileyini qeyd edirlər.

Əminəm ki, ZƏFƏR GÜNÜnü, Qələbəmizi milli bayram kimi qeyd etmək bundan sonra ənənə halını alacaq.

Və o 44 gün hər zaman bizimlə olacaq.

RƏSMİ ARAYIŞ! Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Davamı isə 10 noyabrdan sonra gələcəkdi!

Gəldi!

Ağdam, Kəlbəcər və Laçın!

Davamı gəlir!

...Xankəndi, Xocalı, Zəngəzur!

Sadəcə, o gəlişə tanıdığımız zamanda fərq var...

BAYRAMIMIZ 44 KƏRƏ QUTLU OLSUN!

8bb6118e-f0c3-4150-9dba-f551e005565c.jpg (401 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022