İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq hüquqda “ERMƏNİ İSTİSNASI”...

Bu gün Bəxtiyar və Əlinin şəhid olmasından 36 il keçir...
Bəxtiyar və Əli! – I Qarabağ müharibəsinin ilk şəhidləri! –
Bəxtiyar Zahid oğlu Quliyev (03.04.1972; Ağdam - 22.02.1988, Əsgəran);
Əli Kamal oğlu Hacıyev (02.01.1965, Ağdam – 22.02.1988, Əsgəran).

Ruhları şad olsun! Əlbəttə, unutmamışıq! Əlbəttə, şəhidlər ölməz, Vətən bölünməz! – Bu bir şüar deyil, bir gerçəkliyin, həqiqətin ifadəsidir!

Amma Qarabağda olmasalar da digər tarixi şəhərimiz İrəvanda “20 fevral”ı – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində separatizmin başlanğıcının 36-cı ildönümünü qeyd edənlər oldu. Qondarma olması qalsın bir yana, o qondarma rejimin belə “rəsmən” buraxıldığı elan olunsa da, 20 fevralda “Arsax prezidenti”nin, digər “rəsmi”lərin yenidən pırtdayıb üzə çıxması Xeyirlə Şərin savaşının tam bitmədiyini göstərir. Qarabağda bitib, hərbi meydanda bitib, respublikanın sınırları içində bitib, beynəlxalq səviyyədə də dirilə bilməz; lakin “sülhpərvər”, “demokrat” Paşinyan hökumətinin nəzdində sıfırlanmayıb axı! 20 fevralda erməni separatizminin ildönümü günü müşahidə olunan bəzi canlanmalar nəyə, kimə, hara xidmət edir? Xeyir ola? Nə məsələdir? Paşinyan hökuməti bir dərindən ilgilənsin, görsün, “ölünün də qıdığı gələr”? Ermənistanda ermənivari Şeyx Nəsrullahmı peyda olub, yoxsa?

Qarabağda dalğalanan bayrağın daim olmasını arzulayırıq”

Uzun sözün qısası, Paşinyan hökuməti izah edə bilərmi, İrəvanda “Arsax nümayəndəliyi”nin hələ də saxlanması hansı həyati vacib “əsas”landırmalara malikdir?

Beləliklə, bəlli olur ki, Ermənistan Azərbaycanla qalıcı sülh üçün tam zəmanət yarada bilməməkdədir. Yaxşı, əgər bu, Paşinyan və siyasi həmfikirlərinin istəyincə deyilsə, o zaman desinlər görək, Ermənistanda söz yiyəsi kimdir? Ölkə içindəki maneələri aradan qaldıra bilməyən hökumətin imzalayacağı Sülh sənədinə nə dərəcədə güvənə bilərik? Bəyəm, məlum 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əməl etdilərmi ki? Zəngəzur dəhlizi açılıbmı bəyəm? Ermənistan silahlı qüvvələrinin Xankəndi və çevrəsindəki 10-15 min arası bölüklərini 3 il niyə çıxarmadılar? – Əgər yeni “Laçın yolu”nu çəkməsəydik köhnə “Laçın dəhlizi” mina daşımaqçün istifadə olunmayacaqdımı? – Laçın şəhəri, Sus, Zabux boşaldılacaqdımı guya? Həkəri körpüsü üstündəki Laçın postu qoyulmasaydı ermənilərin qara-qura işləri, qaçaqmalçılıqları davam etməyəcəkdimi? Görkəmli şairimiz Məmməd İsmayıl demiş, “kimi aldadırsan, a zalımoğlu”?.. Əgər Dəmir Yumruq ötən ilin sentyabrında öz kəramətini göstərməsəydi yenə xəbərlərdən ermənilərin (kənd təsərrüfatı aldatmacası ilə) həyata keçirdiyi “fortifikasiya”ların, Rusiya sülhməramsızlarının müşayiəti ilə “yerdəyişmə”lərin xəbərlərini oxumalı olacaqdıq... – Buna şübhə ola bilməz. Yaxşı ki olanlar oldu. Başqa yolu yoxuydu artıq!

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq?  Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda  iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fevralın 16-dan 18-dək Münxen Təhlükəsizlik Konfransında iştirak edən, məhsuldar görüşlər keçirən Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşü oldu. Görüş evsahibi – Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutdu.

Bəli, Münxendə keçirilən digər görüşlər kimi, sözügedən ikitərəfli görüş də önəmliydi. Əgər Ermənistan rəhbərliyinin yetkin siyasi iradəsi olsa, görüşün gerçək nəticəsi ola bilər; bununla da münasibətlər nəhayət, normallaşa bilər. Bu hər kəs üçün sərfəlidir. Normallaşma bütün region üçün vacibdir. Lakin biz qalib tərəfik, qüdrətli dövlətik, nə Ermənistan kimi forpost olmamışıq, nə də iki stulda oturmaq fikrimiz yoxdur. Bizim öz yolumuz – düz yolumuz var. Biz inanırıq ki, “bir düz yüz əyrini kəsir”. Yəni Ermənistan səmimi olmağı öyrənməli, doğru davranmaq mədəniyyətinə alışmalı, verdiyi sözü, imzaladığı sənədi qüvvədə saxlamğı bacarmalıdır.

Biz nə istəyirik? Bizim istəyimizdə beynəlxalq hüquq normalarına zidd nəsə varmı? Yoxsa, beynəlxalq hüquq normalarının erməni istisnası var da bizmi bilmirik?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub  » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ermənistan Azərbaycana qarşı qanunvericilik, hüquq aktları səviyyəsində haqsız iddialarından qəti surətdə əl çəkməlidir. Məsələn, artıq mövcud olmayan (“mövcud” olanda da qondarma olmuş) bir separatçı rejimin bekara simvolikaları Paşinyan hökumətinin, ümumən Ermənistanın nəyinə lazımdır? Bu sualdan yayınmaq yox, gərəkənini yapmaq Paşinyan hökumətinin boynunun borcudur. Əlbəttə, əgər Sülh Anlaşması istəyirlərsə. İstəmirlərsə, bu başqa məsələ. “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. – Bu sözlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 14 fevralda Milli Məclisdə həyata keçirilən Andiçmə törənindəki tarixi nitqindəndir. Hamı bilir ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Noyabr 2024

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024