İnsanlara hürriyət, millətlərə istiqlal!

Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...

Hamı onu ittiham edir. Silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər onu istefaya çağırır. Almaniya və Azərbaycan mətbuatı ondan yazır, “yutub” kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır...

Radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü "gerçək" müxalifət sayan bir çoxları onu ələ salır, məzələnir, status yazır, şəbədə edir... Almaniya polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə basıb, geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir... Proses böyüsə, Almaniya hökuməti rəsmi Bakı qarşısında Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq...

Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər... O isə bütün bunları; xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir... Bizə yüklənir, ilişir. "Yeni Müsavat" bizə qarşı kampaniya aparır", deyir... Almaniya polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur", deyib, gülünc bir fikrə mətərislənir.

Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bir kəlmə belə, yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzubahis idi, ona görə... Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm...

Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq...

Üstəlik, illərdir Müsavat və milli dəyərlərimizə qarşı düşmənçilik edən xədicələr onun üstünə ayaq almasın, dost-düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə, verdirdim...

Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi.

Görmək istəmədi...

- "Əlini mənə bəsdərəcik",
- "Yox, yox, mən səndən küsdərəcik..."

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022