İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə iqtidarlarının böyük ayıbı

 Vətənini ölümünə sevir -  həyatını Azərbaycan üçün adayıb. Türk olduğundan qürur duyur və soyumuzun daha müvəffəq olması, daha böyük, daha layiqli yerdə durması üçün əlindən gələni edir.
Azərbaycançı və türkçü! Fəqət onu nə Azərbaycana, nə də Türkiyəyə buraxmırlar. 7 il öncə İran iqtidarı təzyiq etdi -  doktor Mahmudəli Çöhrəqanlını əvvəlcə Azərbaycandan, sonra isə Türkiyədən sürgün etdilər. 7 il öncə elə bir utanc yaşamışdıq ki... Doktor Türkiyə və Azərbaycan arasında, daha dəqiq desək, Bakıdakı hava limanında çar-naçar qalmışdı -  getməyə səmti və yeri yox idi. Türk milləti və Azərbaycan üçün həyatını verməyə hazır olan bir övlada Türkiyə və Azərbaycanda bir yer tapılmadı. M. Çöhrəqanlı ağır prosedurlardan sonra ABŞ-dan oturum aldı. 
Ona bu ölkədə hər kəs məmnuniyyətlə qucağını və evini açar. “Mənim can qardaşım, qan qardaşım, sənə canım da, evim də fəda olsun”,- deyər, minlərlə azərbaycanlı. Lakin 3 ölkənin iqtidarları anlaşmışlar – Mahmudəli Çöhrəqanlıya Azərbaycanın nə Güneyində, nə Qüzeyində, nə də Türkiyəmizdə yer verilməyəcək! 
İnsanın içi sızlayır;  acıdan deyil bu! Xəcalətdəndi. Köməksizlikdən, millətimizin adına olan bir cəsarətli iqtidarın iş başında olmamasından, hamımızın adına tarixi bir ayıbın yaşanmasından sızlayır insan. 
Millətin siyasətdə olan kəsimini yığıb, toplayıb, bir liderə verdik -  gəl deyə yalvardıq, mübarizənin taleyi sənin mübarək qədəminin Bakı hava limanına dəyməsinə bağlıdır -  uzağı səni geri qaytaracaqlar; o qədər böyüksən ki, səni türməyə salammazlar, Bakıda səni tutacaq türmə yoxdu, dedik... Gəlmədi, gəlmir. Fəqət diğəri gəlir; o da bizdəndi, o da liderdi, o da böyükdü... Bilə-bilə ki, problem olacaq, buraxmaya da bilərlər; gəlir, proses yaradır, bizi ən azından utandırır, ya da öz iqtidarımızı bir daha “skayn” eləmək fürsəti yaradır; türk dünyasının paytaxtı Ankarda və eyni dünyanın parlayan ulduzu Bakıda oturanları bizə, dünyadakı Azərbaycan türklərinə bir daha təqdim edir, hamını silkələyir; o biri tərəfdə İran iqtidarının narahatlığını təmin edir... Siyasətçi budur, lider budur, belə olur. 
Doktor Mahmudəli bəyi tanıyanda hələ siyasi şöhrətini yığmamışdı. Müsavatın şəhərin mərkəzindəki 4 qatlı o məşhur qərargahının 2-ci qatında, Nəsib Nəsiblinin otağında görüşdük ilk dəfə. İlk təmasdaca o qədər yüksək təəssürat oyatdı ki... Sonra 1999-cu il... Redaktorlar İranda səfərdəydi. İsrar etdik, proqramı dəyişdirdik, bizi İsfahan yerinə, Təbrizə gətirdilər. Üzərimizdəki nəzarəti adlatdıq -  Gündüz Tahirli ilə birlikdə, ikimiz o zaman həbsdə olan doktorun evinə baş çəkməyi qəsd etmişdik.

İndi atası ilə birlikdə Azərbaycan yolunda yürüyən Alparslan o zamanlar çox kiçikdi...
Sonra doktor Çöhrəqanlı türmədən çıxdı, Bakıya gəldi; Milli Lider kimi ağarlandı; fəqət Bakı onu götürmədi -  yükü ağır gəldi. Sonra Türkiyə; Vəli Küçük paşa Türkiyə adına sahib çıxdı soydaşına... Sonra da... Vəli Küçük və Azərbaycana bağlı bir çox generallar həbs olundu...
Hekayənin bir parçasını da bu gün yaşadıq... Həyatımız serial kimi keçir...      
P.S. Yazıdakı foto doktor Çöhrəqanlının  evinə həmin gizli  ziyarət zamanı Güney Azərbaycandan olan bir qardaşımız tərəfindən çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022