İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA 2016-da “ölmüşdü” – 2085 saylı qətnamə niyə icra olunmamışdı...


Qurum fakt qarşısında qoyularaq qəbul etdiyi 2085 saylı qətnaməsinin icrasından boyun qaçırmaqla əsl mahiyyətini ortaya qoymuşdu

Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycana “sürpriz” hazırlamışdı. Əsl sürprizi isə Azərbaycan AŞPA-ya yaşatdı. Nümayəndə heyətimiz bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən vaxtadək dayandırıb. Heyətimizin bəyanatının tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz. ( https://musavat.com/news/azerbaycan-numayende-heyeti-aspa-ile-emekdasligi-dayandirib_1039313.html )

Tutarlı reaksiyadır, başqa yolların hamısı bundan zəif görünürdü.
İkili standartlarına, ermənipərəst siyasətinə 20 ildən çox təmkin göstərdiyimiz qurum artıq tam gücü ilə şər makniası kimi çalışmağa başladığı üçün dözülməz vəziyyət yaratdı, layiqli cavabını da aldı.

Razıyam, Avropa coğrafiyasına aid təsisatdan uzaqlaşmaqdan bədxahlarımız sui-istifadə edə bilər, hansısa eybəcər siyasətdə tutacaq kimi yararlanmağa da çalısa bilərlər.
Ancaq AŞPA-nın etdiyi həyasızlıq, açıq şəkildə dövlət və millət maraqlarımıza zidd davranışı onlar özlərini düzəldənə qədər əməkdaşlığı dayandırmaqdan başqa variant saxlamırdı.

Bəlkə də ötən illərdə Avropa təsisatlarını liberallaşdırmaq üçün fərqli addımlar atıla bilərdi, müəyyən taktikalar qurula bilərdi. Ancaq indi bunlardan danışmaq yersizdir, çünki AŞPA son davranışları ilə ən sərt və doğru olan qərarı verməyimizi şərtləndirdi...
Əslində, Qarabağ Zəfərimizə görə Azərbaycandan yanıqlı olan ermənipərəst dairələrin, o cümlədən AŞPA-nın məhz Zəfər seçkisi zamanı, bu ərəfədə dövlətimizə qarşı radikallaşacağı, təxribat xarakterli davranışlar sərgiləyəcəyi gözlənilən idi.
AŞPA qış sessiyası başlayan kimi, fürsəti fövtə vermədi, sessiyasının ilk günündə “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması məsələsini ortaya atdılar.

AŞPA-da alman deputatlar hər zaman Azərbaycana qarşı olub. Bu dəfə də Almaniyadan olan deputat Frank Şvabe bəyanatında “Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini” “əsas” gətirib.

Bunların bəzilərini haradasa siyasi təlxəklik saymaq olar, dözüm göstərmək, izah vermək də olardı. Ancaq “insan hüquqlarının” pozulması deyəndə bilirsizmi nəyi nəzərdə tuturlar? Azərbaycanın tam haqq edərək, Konstitusiyamıza, beynəlxalq hüquqa tam uyğun olaraq Ağdərə, Xocavənd, Xankəndidə keçirdiyi antiterror tədbirindən sonra erməni əhalinin könüllü olaraq Qarabağı tərk edib getməsini. Azərbaycanı ittiham edirlər ki, niyə onları burada zorla tutub saxlamamışıq! Təsəvvür edirsinizmi? Axı bu adamlara dəfələrlə ən yüksək səviyyədə çağırış etdik ki, hüquq və təhlükəsizlikləri bütün vətəndaşlar kimi qorunacaq. Yenə də getdilər, çünki onlar əslində özlərini Ermənistanın həyata keçirdiyi “ermənizm siyasəti”nin qurbanı sayırdılar. Buna görə Ermənistan cəzalandırılmalıdır ki, 30 ildə Azərbaycan ərazisini işğalda saxlamaqla, 1 milyona yaxın azərbaycanlını doğma yurd-yuvasından didərgin salmaqla yanaşı, Qarabağdakı erməni əhalinin də taleyini beləcə məhv edib!
Amma AŞPA buna 2001-ci ildən (üzvü olduğumuz tarixdən) bəri kor olub. Ötən 23 il ərzində Ermənistana işğal faktına görə “gözün üstə qaşın var" demədilər!.

AŞPA özünə hörmətsizliyini, açıq şəkildə Ermənistanın işğalçılığına göz yumduğunu, mənasız qurum olduğunu hələ 2016-cı ildə isbatlamışdı! O zaman AŞPA-dakı nümayəndə heyətimizin üzvü, ünlü siması Elxan Süleymanovun təqdim etdiyi layihə əsasında uzun və ağır mübarizədən sonra Assambleya fakt qarşısında qalaraq 2085 saylı qətnamə qəbul etdi.

elxan.jpg (69 KB)

Həmin qətnamə Ermənistanın işğalçılığının rəsmi təsbiti idi və ekoloji fəlakət yaradan Ermənistanın cəzalandırılmasını, Sərsəng su anbarının dərhal Azərbaycana təhvil verilməsini ehtiva edirdi. Amma AŞPA bu qətnaməsini icra etmədi! Öz çıxardığı qətnaməni icra etməkdən imtina etməklə, tam saxtakar və qərəzli qurum olduğunu əyani təsbit etmişdi.

İndi isə Qarabağımızı işğaldan qurtarmışıq, makronlar, şvabelər, aşpalar faktiki deyirlər ki, niyə öz halal torpağınızı azad etmişiniz?! Məhz buna görə Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqləməmək istədilər. Tərbiyəsizlik və dövlətçiliyimizə dil uzatmaq cəhdi idi! Və buna ən doğru cavab onlarla əməkdaşlıqdan imtina etmək idi!
Təbii, qurum siyasətini düzəldərsə, Cənubi Qafqazın lideri olan Azərbaycana qarşı davranışlarını korrektə edərsə, yenidən onunla normal əməkdaşlıq imkanları əlbəttə ki, mümkündür. Bu hüquqları Azərbaycan özündə saxlayıb. Arzuolunmaz vəziyyəti yaradan AŞPA-dır və onu aradan qaldırmaq da qurumun məsuliyyətidir.

Elşad MƏMMƏDLİ, "YENİ MÜSAVAT"

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Oktyabr 2024

24 Sentyabr 2024

03 Sentyabr 2024

30 Avqust 2024

25 Aprel 2024

30 Mart 2024

14 Mart 2024

06 Mart 2024

04 Mart 2024

01 Mart 2024

29 Fevral 2024

23 Fevral 2024

21 Fevral 2024

20 Fevral 2024

16 Fevral 2024

24 Yanvar 2024

05 Oktyabr 2023

23 Sentyabr 2023

22 Sentyabr 2023

19 Sentyabr 2023

06 Avqust 2023

04 Avqust 2023

21 Iyul 2023

16 Iyul 2023

15 Iyul 2023

13 Iyul 2023

21 Iyun 2023

16 Iyun 2023

09 Iyun 2023

08 Iyun 2023