İnsanlara hürriyət, millətlərə istiqlal!

50 ilin qardaşına

Azər Ayxan həyatının düz 31 ilini qəzetçiliyə həsr edib.

Bu gün 50 yaşı tamam oldu - tamı-tamına 19 yaşından - 1991-ci ildən əlahəzrət SÖZ-ə əsgərlik edir!

Ən kritik anlarda yanımda olub!

Qalxışda- enişdə, iflasda- dirçəlişdə.

‘’Başladıq’’, deyəndə, yanımda gördüm.

‘’Bitdi’’, deyəndə, sakitcə yükün altına girdi, ‘’mən bitmədən bizi bitirə bilməzlər’’ mesajını verirmişcəsinə, əlindən gələn hər şeyi etdi...

Və əlindən də o gələr ki...

Gerçəkdən BİZİ bitməyə qoymaz.

Məni və qəzetimizi bitirmək istəyənləri hər zaman məhz Azər yanıltdı...

***

Bizimki bir ilahi bağlılıqdı.

Qardaşlıqdan, dostluqdan da ötə bir münasibətdi bu.

Dostla qardaş olarsan...

Qardaşın dostun olar...

Bunlar çox gözəl nəticələrdi.

Bunların tərsi isə insan həyatını alt-üst edər.

Yaxın dostun dönüklüyü...

Qardaşın düşmənçiliyi...

Allah heç bir bəndəyə bu ağır cəzaları nəsib etməsin.

Amma bir düşünün, bütün bunların ötəsində bir İnsan var, həyatında...

Allahın aşkar mükafatı!

***

İldə 1-cə dəfə, 13 may günü gəldiyində ona ürək sözlərimi yazaram.

Bioloji qardaşıma deyil, bu sözlər.

Can dostuma da deyil...

Allahın yol yoldaşlığı və mission ortaqlığı yazdığı, adam kimi Adam, etibar, inam və qürur ünvanım olan birinədir yazdıqlarım.

Öncədən heç nə düşünmərəm.

Öncədən təbrik hazırlamaram...

Onun günü başlayar-başlamaz, mən də yazmağa başlayaram.

Onun doğum gününü yaşayaraq, yazaram.

Həmin anda onunla bağlı düşüncələrimə nələr axırsa, onları klaviatura ilə döyəcləyər, hərfləri ard-arda düzər, mətnə çevirərəm...

***

Ötən il bu zamanlar, bu anlar Şuşadaydım.

Həyatımda ilk dəfə Qalada qalacaqdım.

Mistik bir energetika çuğlamışdı bizi.

Şuşaya qarışmışdıq...

Orada iki yazı yazdım.

Biri də Azərimin təbrikiydi.

***

Yada salaq o cümlələri:

‘’Sənin 49 yaşını Şuşadan təbrik etmək üçün sanki Allah bir fürsət verdi.

Sən gələmmədin.

Amma mən adını buradan zikr edir, təbrikini bu şəhərdən yazıram.

Ötən il bu zaman belə bir şeyi ancaq dua janrında söyləmək olardı; onu da ağıl almazdı.

Məsələn, desəydim, "Azərim, arzu edirəm sənin 49 yaşını azad Şuşadan təbrik edim..."

"Sağ ol", deyərdin, amma bir lütf sayardın, tezcə də unudardın.

Hər kəs belə edərdi.

Allaha iki kərə şükr olsun!

Bir: sənin kimi qardaşı mənə verdiyinə görə!

İki: sənin 49-cu doğum gününü Şuşadan qutlama fürsəti yaratdığına görə...

İndi burda hamı Şuşadı!

İçi mən qarışıq!

Bu əfsanə şəhərin küçələri kimiyik.

Bu dəqiqələrdə məndən sən keçdin!

Təbrik edirəm!’’

***

Şuşadan 3 saat öncə döndüm.

Şuşa fatehinin dəvəti ilə yenə Qalanı ziyarət etdik.

Yenə ‘’Xarı Bülbül’’ modunda, yenə ilahi enerjinin axınları içərisində idik.

Yağmurda islandıq, 3 km yolu leysanın altında yeridik.

Amma şikayətlərimizin sonu da şükranlıq idi.

Əsgərlərimizlə, Şuşanı noyabr soyuğunda azad edən ordu mənsublarımızla empati qurduq.

Prezidenti salamladıq.

Yazdıq, çəkdik...

Mənsə bunu bilirdim - bu dəfəki Şuşa gününün sonunda yenə Azər Ayxan var.

***

Bu dəfə 50 yaşında, yarım əsrlik nəhəng bir zaman parçasını dizinin altına almış və ruhu ilə, görüntüsü ilə gəncliyini qoruyub -saxlayan Azərim!

‘’Məşədi İbad’’ baban kimi görünür!

Sən 50 yaşın özünü də gəncləşdirdin.

***

Əməkdar jurnalist.

Əməkdar Qardaş.

Əməkdar Dost.

Əməkdar Qəzetçi!

Əməkdar Vətəndaş!

Doğum günün və yubileyin qutlu olsun!

Allah sağlam, uzun və bərəkətli ömür versin, dəyər verdiklərini də qorusun ki, hər şey ürəyincə olsun!

İlahi bağlılığımız qopmasın, bioloji bağlılğımız uzzzun sürsün!

***

Bir az da RƏSMİ: May ayının 13-də "Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın 50 yaşı tamam olur. Yarım əsri tamamlayan baş yazarın ömrünün 31 ili jurnalistika, mətbuat fəaliyyəti ilə bağlıdır. 19 yaşından yazılı mediaya gələn Azər Ayxan "Yeni Müsavat", "7 Gün", "Müxalifət" qəzetlərində çalışıb, dövrün bir sıra tarixi hadisələrinə şahidlik edərək (həmçinin o hadisələrin fəal iştirakçısı olub-red.) onu qələmə alıb, müstəqilliyin ilk illərindən başlayaraq parlaq siyasətçilərdən, milli azadlıq hərəkatının liderlərindən aldığı səs-küylü müsahibələrlə tanınmış imzalardan birinə çevrilib. Hazırda "Yeni Müsavat" qəzetinin baş redaktoru, Yeni Müsavat Media Qrupu rəhbərinin müavini olaraq fəaliyyətini davam etdirir.

Azər Ayxan iki övlad sahibir. Ayxan Abbaslı və Ayan Abbaslı Çexiyanın Praqa şəhərində ali təhsil alırlar.

Azər Ayxana uzun, sağlıqlı ömür, daha böyük uğurlar arzulayırıq.

256808634_4743446075674947_3869814479118060643_n.jpg (61 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022