Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini növbəti təxribat adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Salome Zurabişvili özünün tviter səhifəsində yazıb.
“Rusiya növbəti dəfə təxribata əl atdı. Rusiyanın Ukraynaya qarşı təcavüzünü və ərazilərimizin işğalını davam etdirdiyi bir vaxtda Gürcüstanla birbaşa uçuşların bərpası və viza məhdudiyyətlərini aradan qaldırması qəbuledilməzdir”, - deyə prezident qeyd edib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ