İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyafət Əsgərov: “Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır”  

 

Milli Məclisin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək növbədənkənar prezident seçkisindən danışıb.

Musavat.com-un məlumatına görə, komitə sədri qeyd edib ki, növbədənkənar seçkilər ərazi bütövlüyümüzün təsbiti deməkdir. Z.Əsgərov daha sonra bildirib: “Konstitusiyamızın 1 və 2-ci maddələrində göstərilib ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. İş burasındadır ki, indiyə qədər Prezident seçkilərində Qarabağ və bitişik rayonlar həmişə işğalda olub. Deməli, bizim ərazi bütövlüyümüz və suverenliyimiz təsbit olunmayıb. 1995-ci ildə ilk Konstitusiyamız qəbul ediləndə də belə idi. Düzdür,  de-yure o ərazilər bizim idi. Amma indi ərazi bütövlüyümüz bərpa olunub. Cənab Prezident xalq müraciət edərək bildirir ki, sizin haqqınızdır öz suveren hüququnuzdan istifadə edərək Prezidenti seçəsiniz və bütün ərazilərimizdə həm de-yure, həm də de-fakto hakimiyyət bərpa olunsun”.

 Komitə sədri bildirib ki, Konstitusiya xalq tərəfindən qəbul olunduğuna görə Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır: “Burada nə isə şübhəli başqa məqam axtarmaq düşmənçilikdir”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR