İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan: Nikol Paşinyan mənim mənəvi oğlum…

Ermənistanın ilk prezidenti, Levon Ter-Petrosyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində “Ermənistan Milli Konqresi”nin (ANK) iştirak edib-etməyəcəyi barədə konkret açıqlama verməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, yalnız bu sözləri işlədib: “Bu barədə Levon Zurabyandan soruşun”.

Ter-Petrosyan həmçinin, özünün seçki siyahısına rəhbərlik edə biləcəyi ilə bağlı suala da dəqiq cavab verməyib: “Sonra, sonra”, – deyə o, tələsik cavab verib.

Nikol Paşinyanın onun son tənqidlərinə niyə sərt reaksiya verdiyi barədə suala isə eks-prezident belə münasibət bildirib: “Bu sualı Paşinyanın özünə ünvanlamaq daha doğru olar”.

Jurnalistlər “Paşinyan sizin mənəvi oğlunuzdurmu?” – deyə soruşduqda isə Ter-Petrosyan təəccübünü gizlətməyib: “Mən belə bir şey demişəmmi?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR