İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp bu müharibədə Ukraynanın yanında olacaq, əks təqdirdə...”

ABŞ siyasətində Ukrayna müharibəsi ilə bağlı yeni mərhələ açılıb. Donald Trampın son açıqlamaları onun Rusiyaya münasibətdə mövqeyinin əvvəlkindən tamamilə fərqli istiqamət aldığını göstərir. İllər boyu Moskva ilə dialoqu ön plana çəkən Tramp indi Rusiyanı “kağız pələng” adlandıraraq, onun iqtisadiyyatının dağılmaq üzrə olduğunu vurğulayıb.

Bu sözlər yalnız ABŞ daxili siyasətində deyil, həm də beynəlxalq gündəmdə rezonans doğurub. Tramp Ukraynanı böyük ruh sahibi, döyüşkən xalq kimi xarakterizə etməklə yanaşı, Zelenskini də “ağır mübarizəyə rəhbərlik edən mərd insan” kimi qiymətləndirib.

Daha da diqqətçəkəni odur ki, Donald Tramp NATO ölkələrini Rusiyanın hava məkanını pozan təyyarələrini vurmağa çağırıb.

Bu çıxışlar həm Vaşinqton-Moskva münasibətlərinə, həm də Ukrayna məsələsində Qərbin gələcək addımlarına dair ciddi suallar doğurur. Kremlin isə Trampın “kağız pələng” ifadəsinə dərhal cavab verməsi bu bəyanatların Moskva üçün nə qədər həssas məqamda səsləndiyini təsdiqləyir.

Tramp Putindən ümidini kəsib?

MEHEMMED.jpg (68 KB)

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

“Rusiya-Ukrayna danışıqları nəticəsiz başa çatıb. Xüsusilə Alyaska görüşündən sonra ABŞ və Rusiya arasında diplomatik danışıqlar praktik olaraq mümkün olmayıb. Donald Tramp çox çalışdı ki, Rusiya Prezidenti Putin ilə münasibətləri yaxşılaşdırmaq, danışıqlar aparmaq və atəşkəs və ya sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atılsın, lakin Putin buna getmədi və Ukraynaya hərbi zərbələri davam etdirdi.

Bundan başqa, Polşa və Ruminiyada baş verən kəşfiyyat hücumları göstərdi ki, ümumiyyətlə Rusiya danışıqlarda maraqlı deyil. Hətta Amerika Prezidentinin xüsusi nümayəndəsi Kello ötən gün Putinin fəaliyyəti ilə bağlı mənfi fikirlər səsləndirib. Göründüyü kimi, ABŞ nümayəndələri Trampa reallıqları çatdırıblar və Tramp da artıq Putin və Rusiya haqqında fikirlərini dəyişib.

Ukraynaya hərbi yardımlar artırılır, təkcə Avropa İttifaqının ayırdığı vəsaitlə belə dəstək təmin olunur. Hesab edirəm ki, ABŞ bu müharibədə Ukraynanın yanında olacaq. Onun Ukraynanın yanından çəkilməsi ABŞ üçün böyük strateji zərbə olar. Rusiya prosesi izləyir və qiymətləndirir, bundan sonra ABŞ-Rusiya danışıqlarının masaya gətirilməsi üçün təzyiqlər, xüsusilə hərbi təzyiqlər, daha da artacaq. Rusiyaya qarşı bu mübarizədə Ukraynanın cəbhədəki uğurları məhz ABŞ-ın və Qərbin verdiyi hərbi dəstəyin nəticəsidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR