İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Hacılı yüksək vəzifəyə TƏYİN OLUNDU

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub.

Musavat.com bu barədə Konfederasiyaya istinadən xəbər verir.

Məlumata görə, qurumun prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

O, əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında başlayıb, Fövqəladə Hallar Nazirliyinin Katibliyinin rəis müavini, Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb, bu ilin aprelindən Konfederasiya prezidentinin müşaviri təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR