Onlayn ictimai-siyasi qəzet
Ukrayna qüvvələrinin mövqeləri Serbryansk meşəsində getdikcə çətinləşir. Xüsusilə Şimal Donets çayının şimal sahilindəki meşə zolağında vəziyyət ağırdır – rus qoşunları Dronovka ərazisində yolu kəsməklə hədələyirlər.
Musavat.com xəbər verir ki, mənbənin məlumatına görə, Rusiya ordusu Ukrayna qüvvələrini tamamilə Serbryansk meşəsindən sıxışdırıb çıxarmağa və uzun illər davam edən döyüşlərin tarixini bitirməyə çalışır.
Bundan əlavə, rus qoşunları Yampol istiqamətində də təzyiqi artırır və artıq Yampol–Zareçnoye yolunun yaxınlığında görünüblər. Zareçnoyun özündə də Ukrayna hərbçiləri üçün vəziyyətin ağırlaşdığı bildirilir.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ