Onlayn ictimai-siyasi qəzet
Artıq İranın paytaxtı Tehran da daxil olmaqla böyük şəhərlərdə işıq və su qıtlığı adi hala çevrilib. XXI əsrin çağdaş texnologiyalar dövründə yaşayan İran cəmiyyəti isə hökumətin bacarıqsız idarəçiliyi nəticəsində elektrik enerjisini təmin etmək üçün iki təkərli generatorların səsinə möhtac qalıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin mərkəzlərində, məscidlərin və bazarların qarşısında onlarla generatorun işə salındığı müşahidə edilir. İstifadəçilər bu mənzərəni sarkazmla şərh edərək yazırlar: “İran yaşıl enerji siyasətinə benzogenlərlə start verib”.
Neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkədə xalqın generatorlarla işıqlandırılması həm faciə, həm də ironiyadır. Bir tərəfdən rejim dünya ilə düşmənçilik siyasətini davam etdirir, digər tərəfdən isə sadə vətəndaş işıq və su qıtlığı, çöküşdə olan rial və gələcəksiz həyat tərzi ilə baş-başa qalır.
Molla rejiminin idarəçiliyində olan İran bu mənzərəsi ilə sanki orta əsrlərə qayıdıb. Ənənəvi şüarlar indi belədir: “Atom bombasına iddia edib, generatorla nur saçan rejim”.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ