İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo futbol tarixində nadir uğura imza atdı

"Ən-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo tarixdə dörd fərqli klubun hər birində və milli komandada 100 qol vuran ilk futbolçu ünvanını qazanıb.

40 yaşlı forvard Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Əl-Əhli"yə qarşı keçirilən oyunda "Ən-Nəsr"in heyətində 100-cü qolunu vuraraq, bu uğura imza atıb.

Ronaldu "Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Ən-Nəsr"də isə 100 qol vurub.

O, Portuqaliya millisinin heyətində 138 dəfə fərqlənib.\\Oxu.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR