Onlayn ictimai-siyasi qəzet
Finlandiya prezidenti Alexander Stubb Ukraynada müharibə davam etdiyi müddətdə Finlandiyanın Moskva ilə əlaqələri bərpa etməsi ideyasını mümkünsüz adlandırıb.
Musavat.com xəbər verir ki, Yle-nin Ykkösaamu şousunda danışan Stubb, Avropanın Rusiyanı təcrid etməkdə haqlı olduğunu, ancaq ABŞ prezidenti Donald Trampın Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edə biləcəyini vurğulayıb.
O, Moskvanın Vaşinqtonla təmaslarını, Tramp və Putinin keçən həftə Alyaskada keçirdiyi görüşlə əlamətdar olduğunu taktiki manevr kimi qiymətləndirib.
Həmin görüş Putinin Moskvanı növbəti görüş üçün yer kimi təklif etməsi ilə başa çatıb. Stubb deyib ki, Rusiya paytaxtı Vladimir Zelenskinin iştirakı ilə danışıqlar üçün qeyri-münasib məkan olacaq, baxmayaraq ki, orada Putin və Tramp arasında görüş mümkündür.
Stubb deyib ki, Avropa Moskvanı təcrid etməkdə haqlıdır, lakin yalnız Tramp Rusiyanı sülhə məcbur edə bilər: “Əgər Putin Avropa liderlərinə məhəl qoymamaq qərarına gəlsə, bizim edə biləcəyimiz heç bir şey yoxdur”.
Stubb Trampın Putinlə danışıqlarının pis olduğunu düşünmədiyini deyib və qeyd edib ki, ABŞ-ın Hindistan vasitəsilə tətbiq etdiyi dolayı sanksiyalar Rusiya prezidentini danışıqlar masasına oturtmağa kömək edib: “Biz sadəcə Trampın Putinə qarşı səbrini itirməsini gözləyirik”.
Musavat.com
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ