İnsanlara hürriyət, millətlərə istiqlal!

Zirvədən getdinsə... - Nursultan zirvəsi yenidən Almatı adlandırıldı

Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhərinin sığındığı Alatau dağının 4376 metrlik "Nursultan zirvəsi" yenidən "Almatı zirvəsi" adlandırılıb.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, dəyişiklik  barədə məlumat Almatı Alpinizm Federasiyasının internet saytı sayəsində yayılıb. Bu günlərdə həmin əfsanəvi zirvəyə dırmanmanın baş tutacağı beynəlxalq alpiniadanın keçirilməsi haqqında əsasnamədə dərc olunub və zirvənin adının dəyişdirildiyi orada yer alıb.

Alpiniada Qazaxıstan alpinizminin 93-cü ildönümünə həsr olunub. Yarışma iyulun 8-9-da keçirlməli idi.

Əvvəllər zirvə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılıb. Demək olar ki, hər il iyul ayında Nursultan Nazarbayevin doğum günündə zirvəyə kütləvi dırmanış həyata keçirilir. 

Maraqlıdır ki, həmin gün keçirilən Paytaxt günü bu il baş tutsa da, Alataunun əsas zirvəsinə dırmaşan olmayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR