İnsanlara hürriyət, millətlərə istiqlal!

Zığ yolunda ağır qəza - Moped sürücüsü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər sakini 2002-ci il təvəllüdlü İbrahimli Toğrul Firuddin oğlunun idarə etdiyi “Tufan M50” markalı moped Zığ yolunda yük maşınına çırpılıb.

Belə ki, ikitəkərli nəqliyyat vasitəsi hərəkətsiz dayanmış 1987-ci il təvəllüdlü Quliyev Ələkbər Əlicəfər oğlunun idarə etdiyi “Ford” markalı 99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşub.

Nəticədə T.İbrahimli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.  (Qafqazinfo)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR