İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta içkidən 7 nəfər öldü

Rusiyada saxta spirtli içkidən zəhərlənmə nəticəsində 7 nəfər ölüb.

Milli.Az xəbər verir ki, məlumatı "Baza" Teleqram kanalı yayıb.

Leninqrad vilayətində saxta spirtli içkidən zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə Gostintsi kəndində və Slansı şəhərində qeydə alınıb. Şübhəli şəxs artıq polis tərəfindən saxlanılıb. Ölənlər arasında 79 yaşlı şübhəlinin həyat yoldaşı, 75 yaşlı qadın da var. 

Faktla bağlı "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları saxta spirtli içki olduğu güman edilən şüşə və bidonları müsadirə ediblər.

Qeyd edək ki, ilk iki ölüm sentyabrın 24-də baş verib. Daha 5 nəfər isə sentyabrın 26-na keçən gecə dünyasını dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR