İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası HƏRƏKƏTƏ KEÇDİ

“İqtidaryönlü dairələrdə siyasi rəqiblərlə sərt mübarizə aparmaq barədə qərar qəbul edilib”.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Məlumata görə, “Vətəndaş sazişi” daxilində artıq xüsusi PR qrupu formalaşdırılıb. Onun əsas missiyası rəqiblərin diskreditasiyasına yönəlmiş KİV-lə koordinasiyalı iş aparmaq olacaq.

Ehtimallara görə, hakimiyyət komandası rəqiblərinin şəxsi və peşəkar sahəsinə müdaxilə etməyə hazırlaşır, onların nüfuzuna zərər vurmaq və siyasi mübarizənin fəallaşmasının qarşısını almaq məqsədi güdür”, - deyə yazıda qeyd olunub.

Qəzətin iddiasına əsasən, müxalifət düşərgəsində artıq bir neçə komanda formalaşıb və onlar yaxın aylarda seçki meydanına çıxaraq ictimai bəyanatlar vermək niyyətindədirlər.

Qəzet qeyd edir ki, yaxın vaxtlarda siyasi dairələrdə gərginlik daha kəskin mərhələyə keçə bilər. Bu proseslə paralel olaraq, bütün ermənilərin katolikosunun devrilməsi təşəbbüsü də gündəmdə qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR