İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərçəkən öz avtomobilini də düzəltdirəcək - Sığortada YENİ QAYDA

“Bu qaydalar əvvəlki qaydaların dəyişdirilmiş formasıdır. Əgər sığorta hadisəsi baş verərsə, zərər zərərçəkənin müqavilə imzaladığı sığorta şirkəti tərəfindən qarşılanır. Bu o zaman tətbiq olunur ki, hadisə vaxtı 2-dən artıq nəqliyyat vasitəsi olmasın, sağlamlığa ziyan dəyməsin və hər iki tərəf sığortalanmış olsun”.

Bu fikirləri sığorta mütəxəssisi İlkin İbrahimov Musavat.com-a icbari avtosığorta üzrə ödənişlərlə bağlı tətbiq olunacaq yeni qaydaları şərh edərkən bildirib:

ilkin.jpg (96 KB)

“Hər bir halda zərərlər tənzimlənir. Zərərvuranın müqavilə imzaladığı sığorta şirkəti kompensasiyanı ödəyəcək. Əvvəlki qaydadan fərqli olaraq qeyd etdiyimiz hallarla bağlı zərərçəkən öz avtomobilini də düzəltdirəcək. Bu, daha yaxşı mexanizmdir. Çünki əvvəlki qaydada sığorta şirkətləri müqavilə imzalamadığı müştərilərə çətinlik yaşadırdı. Yeni qaydalar məhdud sayda olsa da, problemlərin aradan qaldırılmasına kömək edəcək”.

Qeyd edək ki, bu gündən etibarən avtomobillərə dəyən ziyan zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” artıq qüvvəyə minib. Məlumata görə, hadisə baş verən zaman sığortalı şəxs ona zərər vuran şəxsin sığorta şirkətinə deyil, öz sığorta şirkətinə müraciət edərək sığorta ödənişi tələb edəcək.

Mərkəzi Bankın açıqlamasında bildirilib ki, nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə icbari avtosığorta (AVSMMİS) sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR