Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron İsrailə silah tədarükünün dayandırılmasına çağırıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, İsrailin Qəzza zolağı və Livanda baş verən döyüşlərdə istifadə etdiyi silahların tədarükünün dayandırılması atəşkəs üçün "yeganə rıçaq" hesab olunur.
Makron vurğulayıb ki, Fransa bu döyüş bölgələrində istifadə edilən silahların ixracına son qoyulmasını dəstəkləyir.
O həmçinin qeyd edib ki, bu çağırış İsrailin təhlükəsizlik tədbirlərindən geri çəkilməsi və ya tərksilah edilməsi anlamına gəlmir, yalnız bölgədəki zorakılığın dayandırılmasına yönəlib. Makron bu mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti də daha fəal olmağa səsləyib.
Bu da reallıqdır ki, hər zaman sülhdən və əmin-amanlıqdan ağız dolusu danışan Makron bir tərəfdən də Ermənistanı silahlandırır, Cənubi Qafqazın münaqişə ocağına çevrilməsinə çalışır...
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ