Onlayn ictimai-siyasi qəzet
Florida ştatında “Milton” qasırğası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “CBS News” telekanalı Amerika rəsmilərinə istinadən bildirib.
“Azı 16 ölüm qasırğa ilə əlaqələndirilir”, – telekanal açıqlayıb.
Qeyd olunub ki, təbii fəlakətdən zərər çəkənlər üçün nəzərdə tutulan müvəqqəti sığınacaqlar dolub. Eyni zamanda, hotel otaqlarının qiymətləri kəskin şəkildə artıb.
Son vaxtlaradək Floridadakı bir çox yanacaqdoldurma məntəqələri bağlı qalıb və sakinlər yanacaq tapmaqda çətinlik çəkiblər.
“Milton” qasırğası çərşənbə axşamı gecə Floridanın mərkəzi qərb sahillərinə çatıb və Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatdan bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ