İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zəngəzur dəhlizinin həlli bu səbəbə görə gecikir"- Politoloqdan ilginc açıqlama


“Həqiqətən Tehran Ermənistan hakimiyyətinə təzyiq etməsəydi, dəhliz məsələsi indiyə qədər həll olunmuşdu. Tehran bu dəhlizin İranı oyundankənar vəziyyətə salacağından qorxur”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tehran gizli şəkildə Ermənistana təzyiq edir: “Tehran narahat olduğu mövzunu Bakı və Ankara ilə açıq müzakirə etmək əvəzinə altdan-altdan Ermənistan hakimiyyətinə təzyiq edir ki, İrəvan Bakı ilə saziş imzalamasın. Bununla Tehran sözdə dost və tərəfdaş adlandırdığı Türkiyənin maraqları əleyhinə də siyasət yürütmüş olur ki, bunu cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da məhz belə qiymətləndirir”.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR