İnsanlara hürriyət, millətlərə istiqlal!

Brent bahalaşır: Neftin qiyməti azərbaycanlının cibinə necə təsir edəcək?

Musavat.com xəbər verir ki, beynəlxalq analitiklər Brent markalı neftin 2025-ci il üzrə qiymət proqnozunu yüksəldiblər. Reuters-in keçirdiyi sorğuya əsasən, 40 iqtisadçının təxminlərinə görə, gələn il Brent neftinin orta qiyməti 67,86 dollar olacaq. Bu, ötən ay açıqlanan 66,98 dollarlıq proqnozdan təxminən 1 dollar yüksəkdir.

ABŞ-ın xam nefti (WTI) ilə bağlı proqnozlar da artıb – mayda 63,35 dollar olan orta qiymət iyun proqnozlarına əsasən 64,51 dollara yüksəlib. LSEG-in məlumatına görə, 2025-ci ilin ilk yarısında Brent neftinin orta qiyməti artıq 70,80 dollar, WTI neftinin isə 67,50 dollar səviyyəsində olub.

Musavat.com xəbər verir ki, qiymətlərin dəyişməsinə təsir edən əsas səbəblərdən biri Yaxın Şərqdə davam edən gərginlikdir. İsrailin ABŞ-ın dəstəyi ilə İranla apardığı müharibə bu ay ərzində neft bazarlarında ciddi dalğalanmalara yol açıb. Qısa müddətdə qiymətlər 81,40 dollara qədər yüksəlsə də, atəşkəs razılaşmasından sonra 67,14 dollara qədər enib.

Ekspertlər bildirirlər ki, bu cür volatillik Azərbaycan kimi neft ixrac edən ölkələrin büdcəsinə birbaşa təsir göstərir. Dövlət gəlirlərinin böyük hissəsi enerji sektorundan formalaşdığı üçün neft qiymətlərindəki dəyişikliklər sosial proqramlara, maaş və pensiya artımlarına, həmçinin manatın məzənnəsinə təsirsiz ötüşmür. Beləliklə, beynəlxalq bazarda baş verən hər bir neft hərəkəti azərbaycanlının gündəlik həyatına da toxunur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR