Onlayn ictimai-siyasi qəzet
Çeçenistan Təhlükəsizlik Şurasının 17 yaşlı katibi Adam Kadırov Jacob & Co. Milyarder ASHOKA saatı taxarkən görüntülənib.
Onun dəyəri təxminən 27,7 milyon dollardır.
Aksessuarın 320 almazla bəzədildiyi vurğulanır.
İyunun 28-də Çeçenistanın rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinə Adəmi “ailə həyatına daxil olması münasibətilə” şəxsən təbrik etdiyinə görə təşəkkür edib. Respublika başçısı qeyd edib ki, Rusiya rəhbərinin təbriki Kadırovlar ailəsinin heç vaxt unutmayacağı diqqətin ifadəsidir.
İyunun 27-də Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova tezliklə Çeçenistan liderinin üçüncü oğlu olan 17 yaşlı qardaşı Adamın toyunun olacağını açıqlayıb. O, bu barədə “Instagram” sosial şəbəkəsində izləyicisinin kimin evlənəcəyi ilə bağlı sualını cavablandırarkən yazıb.
Məlumdur ki, mərasim Kadırovların ata-baba kəndi Axmat-Yurtdakı valideynlər evində keçiriləcək./Lent.az
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ