Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Çin mənşəli "ByteDance" şirkətinə məxsus "TikTok"un ABŞ əməliyyatlarını almağa hazır olan zəngin şəxslərdən ibarət bir qrup tapdığını bildirib və onların kimliklərini iki həftə ərzində açıqlayacağını deyib.
Tramp bu əməliyyatın Çin Prezidenti Şi Cinpinqin təsdiqini tələb edə biləcəyini, lakin təsdiqlənəcəyini düşündüyünü qeyd edib.
"TikTok"un ABŞ-da fəaliyyətini davam etdirməsi üçün ByteDance ABŞ əməliyyatlarını satmalıdır; əks halda 2024-cü ildə qəbul edilən qanuna əsasən "TikTok" ABŞ-da qadağan olunacaq. Əvvəllər Microsoft, Oracle, MrBeast və Reddit-in həmtəsisçisi Alexis Ohanian kimi şirkət və şəxslər alıcı kimi göstərilmişdi. "ByteDance" isə "TikTok"un əsas texnologiyalarını satmağı rədd edir, buna görə yeni alıcıların bu şərtlərlə razılaşması vacibdir.
"TikTok"un ABŞ-dəki gələcəyi hələ qeyri-müəyyəndir və əməliyyat üçün Çin hökumətinin təsdiqi tələb olunur./Milli.Az
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ