Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenskinin “100 min ukraynalı hərbçinin həlak olduğu” barədə dediyi iddia rəsmi şəkildə təkzib edilib.
Musavat.com xəbər verir ki, Prezidentin mətbuat katibi Sergey Nikiforov məsələ ilə bağlı açıqlama verərək, Zelenskinin bu rəqəmi heç bir müsahibəsində səsləndirmədiyini bildirib. O qeyd edib ki, bu məlumat yalnız “60 Minutes” proqramının səsləndiricisi tərəfindən arxa fonda deyilib və prezidentin sitatı deyil.
Xatırladaq ki, 2025-ci ilin fevral ayının ortalarında Zelenski 46 min ukraynalı hərbçinin döyüşlərdə həlak olduğunu təsdiqləmişdi.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ