Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un da xəbər verdiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski birinci xanım Olena Zelenska ilə birlikdə rəsmi səfərlə Türkiyəyə gəlib.
O, bu səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğanla görüşlər keçirəcək.
- Zelenski səfərlə bağlı verdiyi açıqlamada bildirdi ki, əsas müzakirə mövzuları bunlardır:
- Hərbi əsirlərin və mülki şəxslərin dəyişdirilməsi: Ukrayna vətəndaşlarının və hərbçilərinin vətənə qaytarılması üçün bütün səylər davam etdiriləcək.
- Qlobal ərzaq təhlükəsizliyi: Ukrayna və Türkiyə bu sahədə əməkdaşlığı gücləndirəcək.
Təhsil və mədəni diplomatiya: Ukraynanın birinci xanımı Olena Zelenska bu sahədə yeni təşəbbüslər irəli sürəcək.
Səfərin məqsədlərindən biri də Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirməkdir.
Zelenski Türkiyəyə gəldiyini “Hoş bulduk, Türkiye!” sözləri ilə elan edib.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ