İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynaya qarşı döyüşən çinlilərdən DANIŞDI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusu tərkibində Ukraynaya qarşı döyüşən azı 155 Çin vətəndaşının olduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ukrayna kəşfiyyatı əminliklə bildirir ki, real rəqəm daha yüksəkdir, lakin hazırda yalnız 155 nəfər üzrə pasport məlumatları mövcuddur. Bu barədə Zelenski jurnalistlərlə görüşündə danışıb.

"Onların necə cəlb olunduğu bizə aydındır. Ən çox istifadə edilən yollardan biri — sosial şəbəkələr, xüsusilə TikTok və digər Çin platformalarıdır. Orada ruslar cəlbedici videoçarxlar paylaşır. Rəsmi Pekin isə bu məsələdən xəbərdardır", – deyə Zelenski bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR