İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Türkiyədəki zəlzələ qurbanlarının xatirəsini yad etdi – FOTO/VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin bu ölkədəki səfirliyinə gələrək dağıdıcı zəlzələdə həlak olanların xatirəsini yad edib.

O, səfiri Yağmur Ahmet Güldere ilə görüşərək matəm kitabına ürək sözlərini yazıb və səfirliyin ərazisinə gül çələngi qoyub.

“Şəxsən mənim adımdan və Ukrayna xalqı adından ən səmimi başsağlığımı qəbul edin. Bir anın içində çoxlu insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə əks-səda doğurdu. Biz türk xalqının ağrısını paylaşırıq. Bu çətin vaxtda ölənlərin xatirəsini ehtiramla yad edir, yaralananlara isə şəfa diləyirik”, - dövlət başçısı qeyd edib.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR