Onlayn ictimai-siyasi qəzet
Rusiyanın 2025-ci il dövlət büdcəsində müharibə xərcləri rekord həcmdə nəzərdə tutulub.
Musavat.com Rusiya hökumətinin bu gün açıqladığı büdcə layihəsinə istinadən xəbər verir ki, hərbi xərclər ölkə ÜDM-nin 6,31 faizini təşkil edəcək.
Belə ki, federal büdcə qanun layihəsində “Milli Müdafiə” başlığı altında olan xərc maddəsi üzrə 13,5 trilyon rubl (təxminən 139,5 milyard dollar)xərclənməsi planlaşdırılır.
Xatırladaq ki, 2024-cü ilin büdcəsində hərbi xərclər üçün cəmi 10,4 trilyon rubl nəzərdə tutulmuşdu ki, bu da o zaman rekord məbləğ idi. Eyni zamanda, 2023-cü ildə 2025-2026-cı illərdə Rusiyanın hərbi xərclərinin 8,5 və 7,4 trilyon rubla qədər azalacağı proqnozlaşdırılmışdı.
Rusiyanın yeni üçillik büdcəsində 2026-2027-ci illərdə hərbi xərclərin 2026-cı ildə 12,8 trilyon rubla qədər azaldılması, 2027-ci ildə isə planlaşdırılan məbləğin 13,1 trilyon rubl olması nəzərdə tutulur.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ