İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İranın şimal əyalətlərinə qaz ötürməyə hazırlaşır

Moskva və Tehran hazırda Rusiyadan İranın şimalına svop qaz tədarükünün başlanması ilə bağlı danışıqları davam etdirir.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Al Arabiya” telekanalına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, tərəflər neft-qaz sahəsində digər əməkdaşlıq məsələlərini də aktiv müzakirə edirlər: “Biz birgə neft hasilatı üçün tərəfdaşlıq əlaqələrini inkişaf etdiririk, qaz və investisiya layihələrini, İranın bu enerji resurslarına ehtiyac olan bölgələrinə svopla tədarük imkanlarını nəzərdən keçiririk”.

Novakın sözlərinə görə, İran Rusiyanın çoxillik tərəfdaşıdır və onunla əməkdaşlığın bir neçə sahəsi fəal şəkildə inkişaf edir. Enerji sektorunda birgə neft hasilatı üçün tərəfdaşlıq əlaqələri inkişaf etdirilir, qaz və investisiya layihələri nəzərdən keçirilir: “İranın özü təbii ki, enerji resursları və karbohidrogenlərin hasilatı üzrə ən böyük ölkələrdən biri olsa da, regional fərqlər var və xüsusən də şimalda onların ehtiyacı olduğunu görürük”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR