İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranın özünü tapdadı, Tehran hələ də Zəngəzura "qırmızı xəttim" deyir - Rauf Arifoğlunun açıqlaması - VİDEO

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu TV Musavatın "Canlı debat" verilişinin qonağı olub. O, Orta Şərqdəki vəziyyəti təhlil edib. Musavat.com onun təhlilinin bir fraqmentini özünün yazdığı mətnlə birlikdə təqdim edir:

"İran İsraildən qorxur! Bütün qırmızı xətlərini tapdayan, İranı aşağılayan, kiçik düşürən, Tehranda Haniyəni, Beyrutda Nəsrullahı (və onlarla lideri, generalı) vuran Təl - Əvivə cınqırını çaxarda bilmir, guya təmkin göstərir...

Amma Azərbaycana gələndə "şir"ə dönür, quyruğunu oynadır, Zəngəzur keçidindən özünə yeni qırımızı xətt düzəldir...

Nə qırmızı xətt, Ağalar! İsrail İranın özünü tapdadı, keçdi, "şir"in quyruğunu qopartdı. Amma hələ də bir mərmi belə atmayıb, ata bilmir. İran nəinki Haniyə və Nəsrullahı, bütövlükdə Fələstini, bütövlükdə Hizbullahı, HƏMAS-ı qurban edib və oturub, yerində. Konkret anlaşması da var!

Bu dövlətə güvənən yazıq müsəlmanlar! Tehran rejimi ən böyük sionist çıxdı. İranı da bitirdi, Fələstini də..."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR