Onlayn ictimai-siyasi qəzet
Sentyabr ayının 23-də yeddinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilib və deputatlar öz səlahiyyətlərinin icrasına başlayıblar.
Musavat.com Yeniavaz.com-a istinadən xəbər verir ki, bəzi deputatlar Milli Məclisdəki fəaliyyətlərinə paralel olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul olurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. vakansiyalar
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputat seçilən Akimova Elnarə Seydulla qızı (VÖEN -2902851642) və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputat seçilən Seyidzadə Şahin Kamil oğlu (VÖEN – 1700147382) hal-hazırda aktiv vergi ödəyicisi (fərdi sahibkar) hesab olunurlar.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ