İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın boya istehsalçıları Brüsselə etiraz edir: Bu, bizim iflasımıza gətirəcək...

Avropalı boya istehsalçıları, sənayenin əsas xammalı olan titan dioksidin Çindən ixracına Avropa Komissiyasının tətbiq etdiyi antidempinq tədbirlərinə yenidən baxılmağa çalışırlar.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, onlar bunun boya zavodlarının bağlanmasına və bölgənin sənaye bazasının daha da məhvinə səbəb olacağını söyləyirlər.

2023-cü ildə başlayan antidempinq araşdırmasından sonra Avropa İttifaqı 2025-ci ilin yanvarında düzəliş edilə və ya təsdiqlənə bilən müvəqqəti rüsumlar tətbiq edib. Boya şirkətləri qorxurlar ki, Çindən titan dioksid üçün 39,7 faizə qədər tariflər kiçik istehsalçıları müflis, böyük istehsalçıları isə istehsalı AB-dən kənara çıxarmağa məcbur edəcək.

Fransız boya istehsalçısı Oceinde-nin baş əməliyyat direktoru Nicolas Dujardin deyir: "Bu, sənayenin sağ qalıb-qalmaması məsələsidir. Əgər bütün bu antidempinq araşdırmaları Avropada bu qədər yüksək vergilərə səbəb olarsa, bir sıra iflaslar baş verəcək".

Finlandiyanın Teknos şirkətinin sahibi Paula Salastie bildirib ki, istehlakçılar yüksək qiymətlərdən əziyyət çəkərsə, boya və lak sənayesi uzunmüddətli tənəzzüllə üzləşəcək. Çin tədarükünün başqa yerə yönəldiləcəyi təqdirdə, xammal çatışmazlığı istehsalın pozulmasına səbəb olacaq dedi: "Əgər planlaşdırdığımız qədər sata bilməsək, iş yerlərini ixtisar etməli olacağıq". Onun sözlərinə görə, tariflər tətbiq olunarsa, şirkət çox güman ki, AB xaricində investisiya variantlarına baxacaq.

Boya istehsalçıları, yerli titan dioksid istehsalı üçün artan subsidiyalarla birlikdə tədricən tətbiq olunsa, tariflərin məqbul olacağına inanırlar.

Çində titan dioksid istehsal gücü 2008-ci ildəki 1,4 milyon tondan bu il proqnozlaşdırılan 6,1 milyon tona yüksəlib. Sənaye informasiya provayderi TZMI-nin məlumatına görə, nəticədə Çin məhsullarının qlobal bazarda payı 29 faizdən 83 faizə yüksəlib.

Antidempinq araşdırmasının açılmasına səbəb olan şikayəti verən Avropa TiO2 Koalisiyasına görə, Çindən ixracın dövlət subsidiyaları hesabına belə artımı digər ölkələrdə təxminən 1,1 milyon ton istehsal gücünün, o cümlədən Aİ-dəki beş zavodun bağlanmasına səbəb olub.

Boya istehsalçıları Aİ tariflərinin Böyük Britaniyaya fayda verəcəyini və türk rəqiblərini gücləndirəcəyini gözləyirlər, çünki hər iki ölkə hələ də ucuz Çin xammalına çıxış əldə edə biləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR