Onlayn ictimai-siyasi qəzet
Almaniyalı futbolçu Tomas Müllerin yeni komandası bəlli olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın "Vankuver Uaytkeps" klubu ulduz futbolçunu transfer etdiyini açıqlayıb.
Müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Vankuver Uaytkeps" komandası 24 oyundan sonra 45 xalla turnir cədvəlində ikinci yeri tutur.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2008-2025-ci illərdə "Bavariya"nın formasını geyinib və 250 qol vurub. Tomas mühenlilərlə 12 dəfə Almaniya çempionu, 6 dəfə ölkə kubokunu, 8 dəfə isə superkuboku qazanıb. O, həmçinin Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kuboku kimi nüfuzlu turnirlərin qalibi olub.
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ